Məhkəmə qərarları › İş №3(125)-3082/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3082/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3082/2025 12.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X4 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X28 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X4 rəisi X11 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X20 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə şərti olaraq tətbiq edilməklə 700 (yeddi yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X25 Xidmətinin X10 tərəfindən onun barəsində xx.xx.2025-ci il tarixli, MN ********* nömrəli inzibati qərar qəbul edilmişdir. Qərarda iddia olunur ki, müəssisədə çalışan X21, X7 və X2 əməkhaqlarında artıq iş vaxtı, gecə vaxtı və bayram günlərində çalışmaya görə ödənişlər qanunvericiliyə uyğun hesablanmayıb. Qərarın qəbul olunmasına səbəb kimi Əmək Məcəlləsinin 164, 165 və 166-cı maddələrinin tələblərinin pozulması göstərilmişdir. Lakin qəbul edilən qərar heç bir obyektiv sübuta əsaslanmamış, işçilərin subyektiv müraciəti əsasında hazırlanmışdır. Müfəttişlik tərəfindən əməkhaqqı ödənişlərinə dair mühasibat sənədləri, ödəniş cədvəlləri, iş vaxtı tabeli və digər rəsmi sənədlər təhlil olunmadan nəticəyə gəlinmişdir. Halbuki müəssisənin bütün əməkhaqqı ödənişləri qanuni əsaslarla və təsdiqedici sənədlər əsasında həyata keçirilmişdir. “TƏBİB” publik hüquqi şəxsi - yəni onlara aid yuxarı orqan - əməkhaqqı ödənişləri ilə bağlı nəzarət və təsdiq funksiyasını həyata keçirir. TƏBİB tərəfindən bu günədək əməkhaqqı ödənişlərində hər hansı pozuntu barədə qərar qəbul edilməmişdir. Əgər real pozuntu olsaydı, bu, ilk növbədə TƏBİB tərəfindən qeyd edilərdi və ödəniş edilməsi barədə tapşırıq xarakterli məktub göndərilərdi. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tətbiqi üçün əsas şərt - işçilərə əməkhaqqı, məzuniyyət pulu, ezamiyyə xərcləri və digər ödənişlərin tam və ya qanuna uyğun ödənilməməsinin sübuta yetirilməsidir. Mövcud iş üzrə isə belə sübutlar təqdim edilməmiş, yalnız işçilərin müraciəti ilə kifayətlənilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X4 nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X32 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın tam qanuni və əsaslı olduğunu bildirdi və sözügedən qərarın qüvvədə saxlanılmasını, şikayətin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilsə də, qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş, qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru X20 İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164, 165 və 166-cı maddələrinin tələblərinə riayət edilməyərək X21, X7 və X2 əmək haqqının ödənilməsində Qanunvericiliyin tələbləri pozularaq əmək haqqına əlavələr ödənilməmiş və o, şərti tətbiq edilməklə 700 (yeddi yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in 01 aprel 2025-ci il, 18-1-37/3-1-857/2025 nömrəli əmrindən görünür ki, Abbas Səhhət adına xəstəxananın 1-ci terapiya şöbəsinin adları aşağıda qeyd olunan orta tibb işçiləri Gəncə şəhər Lokomotiv Deposu tibb məntəqəsində işləmək üçün təhkim edilirlər: - X8-tibb bacısı - X7-tibb bacısı - X21-tibb bacısı. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, X12 hesabına 2025-ci il mart ayı üzrə 390,31 manat, 2025-ci ilin aprel ayı üzrə 589,67 manat əmək haqqı köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, X12 hesabına 2025-ci il mart ayı üzrə 390,31 manat, 2025-ci ilin aprel ayı üzrə 589,67 manat əmək haqqı köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, X3 hesabına 2025-ci il mart ayı üzrə 408,10 manat, 2025-ci ilin aprel ayı üzrə 589,67 manat və 2025-ci ilin may ayı üzrə 589,40 manat əmək haqqı köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, X2 hesabına 2025-ci il mart ayı üzrə 332,09 manat, 2025-ci ilin aprel ayı üzrə 538,06 manat və 2025-ci ilin may ayı üzrə 561,48 manat əmək haqqı köçürülmüşdür. İş materiallarına əlavə edilmiş mühasib Salmanova L.Ə. tərəfindən imzalanmış mart ayı üzrə hesablanmış əmək haqqı cədvəlinin surətindən görünür ki, X15 ay ərzində iş saatı 113,50 saat olmaqla 390,31 manat əmək haqqı, X5 ay ərzində iş saatı 113,50 saat olmaqla 332,09 manat əmək haqqı, X6 ay ərzində iş saatı 113,50 saat olmaqla 408,1 manat əmək haqqı hesablanmışdır. İş materiallarına əlavə edilmiş mühasib Salmanova L.Ə. tərəfindən imzalanmış aprel ayı üzrə hesablanmış əmək haqqı cədvəlinin surətindən görünür ki, X15 ay ərzində iş saatı 167,00 saat olmaqla 589,67 manat əmək haqqı, X5 ay ərzində iş saatı 167,00 saat olmaqla 538,06 manat əmək haqqı, X6 ay ərzində iş saatı 167,00 saat olmaqla 589,67 manat əmək haqqı hesablanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Birləşmiş X27 1-ci terapiya şöbəsinin 2025-ci ilin mart ayı üçün iş vaxtından istifadənin qeydiyyat tabelinin surətindən görünür ki, İlhamə Abbasova 108 saat, Bayramova Sevinc 96 saat, Yeganə Məmmədova 108 saat işləmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Birləşmiş X27 1-ci terapiya şöbəsinin 2025-ci ilin aprel ayı üçün iş vaxtından istifadənin qeydiyyat tabelinin surətindən görünür ki, İlhamə Abbasova 240 saat, Bayramova Sevinc 240 saat, Yeganə Məmmədova 240 saat işləmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Birləşmiş X27 1-ci terapiya şöbəsinin 2025-ci ilin may ayı üçün iş vaxtından istifadənin qeydiyyat tabelinin surətindən görünür ki, İlhamə Abbasova 150 saat, Bayramova Sevinc 150 saat, Yeganə Məmmədova 150 saat işləmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ, X20 (işəgötürən) ilə işçi X9 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 1 il 1 gün müddətinə, 550 manat məbləğində tarif haqqından (vəzifə maaşından) və tarif haqqına (vəzifə maaşına) 110 manat miqdarında əlavədən ibarət olmaqla tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən:

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən:

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən:

1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru X20 vəzifəli şəxs qismində İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164, 165 və 166-cı maddələrinin tələblərinə riayət edilməyərək X21, X7 və X2 əmək haqqının ödənilməsində Qanunvericiliyin tələbləri pozularaq əmək haqqına əlavələr ödənilməməsinə görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X4 rəisi X22 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X13 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X4 X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib, şərti olararaq tətbiq edilməklə 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sevinc Bayramova, Yeganə Məmmədova və İlhamə Abbasova 2025-ci ilin aprel ayında iş saatı 168 saat olsa da, onlar 240 saat işləmiş və artıq iş vaxtına görə onlara hər hansı bir əlavə ödəniş edilməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş İlkin İsmayılov mühasibin imzası ilə təsdiq olunmuş sənəd təqdim edərək 2025-ci ilin aprel ayında sözügedən işçilərin 167 saat işləməsini və bu saatlara görə onlara əmək haqqı verilməsini təsdiq edən sənəd təqdim etsələr də, Gəncə Şəhər Birləşmiş X27 1-ci terapiya şöbəsi həmin işçilərin 240 saat işləmələri barədə tabeli Gəncə Şəhər Birləşmiş X24 şəxsinə göndərməsinə baxmayaraq adları çəkilən işçilərə 167 saata görə əmək haqqı ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti X4 rəisi X11 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar