Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3083/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3, zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.1985-cı il tarixdə Samux rayonu, Bağbanyeri qəsəbəsində anadan olmuş, Samux rayonu, İnstitut qəsəbəsi, Bağbanlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 19 avqust 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 19 avqust 2025-ci il tarixli MN ******* nömrəli və 19 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollardan və onlara əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 2025-ci il fevral ayı ərzində Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 38-də yaşayan X4 məxsus 100 manat pulunu və Gəncə şəhəri, Şəddadilər küçəsi, 2-ci döngə, ev 8-də yaşayan X6 məxsus 130 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs 2025-ci il fevral ayı ərzində Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 38-də yaşayan X4 məxsus 100 manat pulunu və Gəncə şəhəri, Şəddadilər küçəsi, 2-ci döngə, ev 8-də yaşayan X6 məxsus 130 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də, qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, X7 qəbiristanlıqda tanımışdır. O, X6 qəbrin yanına su çəkməyi təklif etmişdir. X10 təklifi qəbul edərək 130 manata razılaşmışdırlar. Lakin o, su çəkməmiş, pulu götürmüş və xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, o qəbiristanlıqda qəbr üstü təmizliyi ilə məşğuldur. Sədirlik edənin sualına cavab olaraq o, 2025-ci ilin fevral ayında X1 vəfat etmiş qohumunun qəbrinin yan hissəsinin tökülməsinə görə X8 ilə 100 manata qəbrin təmirinə razılaşmışdırlar. Lakin dediklərinə əsasən, X8 pulunu tələb edərək qəbrin təmirini istəmədiyini bildirmişdir. Bundan sonra o, X4 pulu geri qaytarmağına söz vermiş, lakin 6 ay müddətində hələ də qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirmişdir ki, o, 2023-cü ildən 2025-ci ilin fevral ayına kimi qardaşının qəbrinin üstünə getmiş, və davamlı şəkildə Şəxs qəbrin təmizlənməsi üçün ödəniş etmişdir. Şəxs, ona qəbrin yanına su çəkməyi təklif etmişdir və 130 manata razılaşmışdırlar. O, 30 manat nəğd şəkildə, 100 manatı isə kartla ödəmişdir. 1 il yarımdır su çəkilməmişdir. Ona həmişə söz verərək qaytaracağını bildirsədə, heç bir ödəniş etməmişdir. Qanunla müəyyən edilmiş qaydada digər zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə digər zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında” 18 avqust 2025-ci il tarixli qərarlardan görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 38-də yaşayan X1 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş şəxsin Şəxs olması müəyyən edildiyi üçün dayandırılmış inzibati icraat təzələnmişdir. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 aprel və 18 avqust 2025-ci il tarixli qərarlardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTBnə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -“İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 18 avqust 2025-ci il tarixdə saat 12:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 18 avqust 2025-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3083/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3083/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver