Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3090/2023 21.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 00900-00152/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Böyük kəsik” gömrük postundan keçməklə Brazilyada yerləşən “Trafigura” şirkətindən idxal olunan və 95067955, 95036042, 95067120, 95071650, 95065686, 95350450, 95049284, 95350849, 95011920, 95008181, 95049052, 95011284, 95069373, 95066239, 95413514, 95069266, 954402673, 95294716, 95672200, 95071221, 95067260, 95351045, 95066551 və 95672259 nömrəli vaqonlarla daşınan “Dənəvər şəkilli susuzlaşdırılmıs növ alüminium oksid (gil-torpaq)” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Bakı səhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1033-cü məhəllə ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2023-cü il tarixli 3-33-1600/2-004125/2023 saylı məktub göndərilərək xx.xx.2023-cü il tarixdə Gəncə gömrük idarəsi X3 (Əməliyyat vəTəhqiqat Şöbəsi) dəvət olunmuşlar. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə 00900-00152/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********8384 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Braziliya Federativ Respublikasından “Trafigura” şirkətindən idxal olunan, 95067955, 95036042, 95067120, 95071650, 95065686, 95350450, 95049284, 95350849, 95011920, 95008181, 95049052, 95011284, 95069373, 95066239, 95413514, 95069266, 954402673, 95294716, 95672200, 95071221, 95067260, 95351045, 95066551 və 95672259 nömrəli vaqonlar vasitəsilə xx.xx.2023-cü il tarixdə “Böyük kəsik” gömrük postundan keçməklə gələn “Dənəvər şəkilli susuzlaşdırılmıs növ alüminium oksid (gil-torpaq)” yükü Gəncə Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 ixracatçı “Trafigura” şirkəti tərəfindən qeyd edilən yükün mal-müşayiət sənədləri Şəxs MMC-yə vaxtında təqdim edilmədiyindən yuxarıda qeyd edilən vaqonların sərhədi nə vaxt keçməsi barədə məlumatları olmadığı üçün MMC tərəfindən qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və Şəxs MMC barəsində tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin idxal etdiyi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı - ünvan 1publikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3090/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3090/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver