Məhkəmə qərarları › İş №3(125)-3092/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3092/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3092/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə *2.11.2*23-cü il tarixli, **9**-**15*/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, 16.1*.2*23-cü il tarixdə “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasının “Sm Saray” şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına M961HP*5/BC876377 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən "xxxx" yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar edilmişdir. Şəmkir rayonu Muxtariyyə kəndində qeydiyyatda olan"xxxx" MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına 23.1*.2*23-cü il tarixli 3-33-16**/2-**4114/2*23 saylı məktub göndərilərək *1.11.2*23-cü il tarixdə Gəncə gömrük idarəsi X5 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşlar. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə *2.11.2*23-cü il tarixdə, **9**-**15*/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 *2.11.2*23-cü il tarixdə verdiyi izahatında 16.1*.2*23-cü il tarixdə Rusiya Federasiyasından idxal olunan və M961HP*5/BC876377 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan "xxxx" yükünə MMC tərəfindən *6.1*.2*23-cü il tarixli 11235***252845 saylı və 11235***252846 saylı qısa idxal bəyannamələrinin M961HP*5/BC876377 nömrə nişanlı nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan sonra yazıldığını bildirərək gömrük qaydalarının pozulduğunu etiraf etmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Bununla MMC İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - 19 oktyabr 2*23-cü il tarixli “cərimə tətbiq ediləcək mallara dair” Öhdəlik sənədindən görünür ki, "xxxx" MMC nin nümayəndəsi X2 qısa idxal bəyannaməsinin təqdim edilməməsinə görə tətbiq ediləcək cəriməni ödəməyi şirkətin öhdəsinə götürür. - 1*.1*.2*23-cü il tarixli *1231***4*9748 nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına Vaz markalı avtomobillər üçün hissələr və ləvazimatlar idxal edilmişdir. - *2 noyabr 2*23-cü il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” Protokoldan görünür ki, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi inzibati xətanın törədilməsini etiraf edərək məsuliyyət daşımağa hazır olmasını bildirir. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına Vaz markalı avtomobillər üçün hissələr və ləvazimatlar yükü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs "xxxx" MMC-nin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN 85*3*25881) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 15** (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 1* gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar