Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3099/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmşdır ki, xx.xx.2023-cü il tarixdə Ağdaş-Zarağan yolunun 4-cü kilometr hissəsində VAZ 21154 markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Ağdaş YPX inspektoru X3 onu saxlayaraq bildirmişdir ki, guya o əsk istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını (qaydalarını) pozmaqla inzibati xəta törətmişdir. O, izah etməyə çalışmışdır ki, sözügedən yolun həmin hissəsində “qadağanedici” heç bir işarə və xəttlənmə yoxdur. Çünki o hərəkətdə olan zaman qarşıda gedən yük avtomobilini ötməklə, bundan sonra öz yoluna qayıtmışdır. Yolun həmin hissəsində “ötmə əməliyyatını” qadağan edən yol nişanı, o cümlədə “düz xətt” olmamışdır. O hətta izah etmişdir ki, ola bilər ki, yolun həmin hissəsində əvvəllər ötmə əməliyyatını qadağanedən “xəttlənmə” olub, lakin faktiki olaraq yolda elə bir xəttlənmə yoxdur. O, foto və video görüntü tələb etsə də, ona göstərilməmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 izahatında ərizəni müdafiə etdiyini və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağdaş YPX inspektoru X6 tərəfindən qəbul edilmiş protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozma) törətdiyinə görə, onun barəsində 80 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan video görüntüdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Ağdaş-Zarağan yolunun 4-cü kilometr hissəsində VAZ 21154 markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuşdur. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan DVD diskdə olan hadisə yerinin video görüntüsündən görünür ki, X4 VAZ 21154 minik markalı **-EZ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə edərkən ötmə əməliyyatını (qaydalarını) pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ. bəndində göstərilmişdir ki, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həçmin qanunun 51-ci maddəsinin V-ci bəndinə əsasən Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Lakin iş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X4 əsk istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını (qaydalarını) pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 əks istiqamətli hərkət zolağına çıxmadan manevr etmə qaydalarını pzoduğuna görə inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsitərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsitərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3099/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3099/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver