Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3102/2023 07.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 237, ev 1, mənzil 98-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 noyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 07 noyabr 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xulqianlıq hərəktləri edərək, polisin qanuni tələbə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs boşanma ərəfələrində olan yoldaşı X2 102 xidmətinə zəngindən sonra hadisə yerinə gedən polis əməkdaşlarını təhqir etmiş, onların qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, polis əməkdaşlarına qarşı söyüş söysə də, onların qanuni tələbinə tabe olmasa da buna səbəb yoldaşının onu qıcıqlandırıcı sözlər deməsi olmuşdur. Yoldaşı ona uşaqları görməyə imkan vermir. O bu barədə polis orqanına müraciət etsə də onun müraciətlərinə baxılmır. Psixoloji problemləri var. Vətən uğrunda döyüşmüşdür. 3-cü qrup əlildir. Bu halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin, 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis polkovnik leytenantı X7 ifadəsində bildirdi ki, xx.xx.2023cü il tarixdə əməliyyat qrupunda olan zaman, saat 01:40 dəqiqədə Gəncə şəhəri, Z.Əliyeva küçəsi 1-ci döngə ev 1, mənzil 8-də yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək, Şəxs onların qapısını və pəncərəsini sındırıb evə daxil olmaq istədiyini və polisin tez gəlməsini istəmişdir. Bununla bağlı əməliyyat qrupu ilə birlikdə dərhal hadisə yerinə gedildi, həmin vaxt Arzu Əliyev binanın həyətində uca səslə, Samirə Ələkbərova və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədirdi. Şəxs yaxınlaşmışlar və onu nizam-intizama dəvət edərək uca səslə söyüşlərini etməməsini və polisin qanuni tələbinə əməl etməsini bildirdik. Lakin o onların qanuni tələblərinə məhəl qoymayaraq əməllərini davam etdirərək, onların ünvanına da yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsin barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün 2-ci Polis Şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında olan zaman Şəxs yenə də yüksək səslə qışqıraraq, polisin ünvanına nalayiq ifadələr işlədərək əməllərini davam etdirmişdi. Onlar yenidən onu polisin qanuni tələbinə əməl etməyə dəvət etsələr də, o, qəsdən polisin qanuni tələbinə əməl etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları X5 və X8 şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin, 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis polkovnik leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olan zaman, saat 01:40 dəqiqədə Gəncə şəhəri, Z.Əliyeva küçəsi 1-ci döngə ev 1, mənzil 8-də yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək, Şəxs onların qapısını və pəncərəsini sındırıb evə daxil olmaq istədiyini və polisin tez gəlməsini istəmişdir. Bununla bağlı əməliyyat qrupu ilə birlikdə dərhal hadisə yerinə gedildi, həmin vaxt Arzu Əliyev binanın həyətində uca səslə, Samirə Ələkbərova və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədirdi. Şəxs yaxınlaşmışlar və onu nizam-intizama dəvət edərək uca səslə söyüşlərini etməməsini və polisin qanuni tələbinə əməl etməsini bildirdik. Lakin o onların qanuni tələblərinə məhəl qoymayaraq əməllərini davam etdirərək, onların ünvanına da yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsin barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün 2-ci Polis Şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında olan zaman Şəxs yenə də yüksək səslə qışqıraraq, polisin ünvanına nalayiq ifadələr işlədərək əməllərini davam etdirmişdi. Onlar yenidən onu polisin qanuni tələbinə əməl etməyə dəvət etsələr də, o, qəsdən polisin qanuni tələbinə əməl etməkdən imtina etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan 3416/2023 nömrəli 05 noyabr 2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcə alkoqol sərxoşu olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati icraatın gedişatını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə inizbati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməsə də, onun təqsiri şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs inzibati xətanın sərxoş halda olan törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 05 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3102/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3102/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver