Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3107/2024 23.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Ədil İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 01 avqust 2005-ci il təvəllüdlü X2 və 26 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin 19 mart 2012-ci il tarixli 2(044)-121/2012 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 01 avqust 2005-ci il təvəllüdlü X2 və 26 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93 (doxsan üç) manat, cəmi 186 (yüz səksən altı) manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin 08 oktyabr 2013-cü il tarixdən başlayaraq, Şəxs hər ay sabit pul məbləğində tutularaq, X4 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs 01 avqust 2005-ci il təvəllüdlü X2 və 26 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə icra İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)121/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə Şəxs hər ay iki uşağın saxlanması üçün 50 manat olmaqla, cəmi 100 manat aliment pulu alınaraq tələbkar X4 ödənilməlidir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)121/2012 saylı, xx.xx.2012ci il tarixli icra sənədi dəyişdirilərək xx.xx.2013-cü ildən başlayaraq Şəxs hər ay iki uşağın saxlanması üçün 93 manat olmaqla cəmi 186 manat aliment pulu alınaraq tələbkar X4 ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs hər ay iki uşağın saxlanması üçün cəmi 440 manat aliment pulu alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc 25064 manat təşkil edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir. Bu səbəbdən borcunu ödəməyə imkanı çatmır. Borcunu ödəməkdən qərəzli olaraq yayınmamış, sadəcə olaraq imkanı olmadığından borcundan ödəniş edə bilməmişdir. Borcunun ödənilməsi üçün vaxt verilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, icra məmurunun izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş: 23 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli “İcraata başlamaq haqqında qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcunu ödəmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətinə cəlb olunacağı barədə Şəxs xəbərdarlıq edilmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-645/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarından görünür ki, borclunun aliment borcu yığılmışdır. Tələbkar isə aliment borcunu tələb edərək şikayətçidir. Məhkəmə Şəxs aliment borcunu ödəməməsini, heç bir yerdə işləmədiyi üçün maddi imkanının olmaması kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Bu baxımdan, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırki inzibati xəta barədə işə baxılan günə onun barəsində bütün icra imkanlarından istifadə edilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-3107/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3107/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver