Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-311/2023 08.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ-nin 4-cü PB-nin polis sahə rəisi Nümayəndə protokolun məzmununa uyğun izahat verək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində VAZ 2121 markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs dostu Zaur Abbasov yolun əks istiqamətində hərəkət etdirmişdir. DYPŞ əməkdaşları həmin avtomobilə saxla işarəsi vermis, lakin avtomobil dayanmayaraq polis əməkdaşlarından yayınmağa çalışmışdır. Daha sonra isə avtomobilin yanacağı bitdiyi üçün dayanmış və polis əməkdaşları həmin avtomobilə yaxınlaşdıqda Şəxs YPX avtomobilinin qabaq tərəfinə əlini qoyaraq dostu Zaurun da polis əməkdaşı olduğunu, narahatçılıq üçün əsas olmadığını YPX əməkdaşlarına bildirmişdir. Bundan sonra hər iki şəxsi polis əməkdaşları gətirərək Gəncə şəhəri BPİ-nin 4-cü PB-nə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Elcanın ad günündə yeyib içdikdən sonra, digər dostu X2 ilə birgə ad günü olan “Karizma” restoranından evə getmək üçün Zaurun idarə etdiyi VAZ 2121 markalı avtomobilinə əyləşmişlər. Həmin vaxt onların hər ikisi sərxoş olmuş, onlar Gəncə şəhəri, Cavadxan qəsəbəsinə doğru hərəkət edərkən Gəncə şəhəri, Nizami prospektində DYP əməkdaşlarının reyd etdiklərini görüb, spirtli içki qəbul etdikləri üçün həmin ərazidən uzaqlaşmaq istəmişlər. Zaur idarə etdiyi avtomobil ilə yolun əks istiqamətində qayıtmağa başlamış, həmin vaxt DYP əməkdaşdaşları onların arxası ilə gəlmiş, onlar avtomobili saxlamış, o, avtomobildən düşüb münaqişə yaranmaması üçün sürücünün, yəni Zaurun polis əməkdaşı olduğunu, narahatçılıq olmadığını bildirmiş, lakin Zaur və o, spirtli içki qəbul etdikləri üçün onları polis idarəsinə aparmışlar. Lakin o, həmin vaxt polis əməkdaşlarına heç bir müdaxilə etməmiş, tabesizlik göstərməmiş, kobudluq etməmiş, əksinə, münaqişə yaranmamasına çalışmışdır. Sonda o, barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində xidmətdə olarkən, təxminən saat 23 radələrində VAZ 2121 markalı ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, polis əməkdaşlarını görüb birtərəfli olan yolda yolun əks istiqamətinə doğru hərəkət etmişdir. Polis əməkdaşları həmin avtomobilə saxla işəri vermişlər, lakin həmin avtomobil dayanmamış, daha sonra avtomobilin yanacağı bitərək dayanmışdır. Həmin vaxt Şəxs avtomobildən düşüb onların avtomobilinin qabağına əlini qoyaraq narahatçılıq olmadığını, sürücünün də polis əməkdaşı olduğunu bildirmişdir. Onlar avtomobilə yaxınlaşanda avtomobildə olan sürücü adı onlara sonradan məlum olan X2 olmuş, sonuncu avtomobilin qapısını bağlayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs Zaur Abbasovun avtomobilinin qapılarını açmasına və polis bölməsinə getməyə mane olmamışdır. Sadəcə Şəxs onların avtomobilinin qarşısında durarkən o, elə zənn etmişdir ki, sonuncu sürücünün avtomobillə oradan uzaqlaşmasına şərait yaratmağa çalışır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti orta dərəcəli alkoqol sərxoşluğudur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından, Şəxs və şahidin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, Şəxs tərəfindən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabesizlik halı baş verməmişdir. O, sadəcə olaraq avtomobildən düşərək hər hansı münaqişə yaranmaması üçün polis əməkdaşlarına məlumat vermiş, lakin heç bir tabesizlik və ya müdaxilə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin polis sahə rəisi Nümayəndə Şəxs təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşının raportuna istinad etmişdir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-311/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-311/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver