Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3111/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu müdafiə edən şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, X7 prospektində yerləşən “Zirvə market” adlı obyektin sahibkarı Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında ADRA-nın X5 İdarəsinin nümayəndəsi X4 çıxışında protokolun məzmununa uyğun ifadə verərək qeyd etmişdir ki, Şəxs daima yayım haqqını ödəmişdir. Sonuncu dəfə isə barəsində 15 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra yəni, 16 avqust 2024-cü il tarixdə ödəniş etdiyini bildirərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs çıxışında hər zaman yayım haqqını ödədiyini bildirərək və ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Sonuncu dəfə isə barəsində inzibati protokol tərtib edildikdən bir gün sonra ödəniş etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan 15 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, X7 prospektində yerləşən “Zirvə market” xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan: - ADRA X5 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 02 iyul 2024-cü il tarixli 1908 saylı, 29 iyul 2024-cü il tarixli 2312 saylı və 15 avqust 2024-cü il tarixli 2609 saylı aktlardan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs inzibati protokol tərtib olunması üçün X5 İdarəsinə dəvət olunsa da, o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir. Sahibkar tərəfindən Fasad - 8,72 m 2 ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. - X5 idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Mətləb Məmmədovun adından Şəxs ünvanlanan xx.xx.2024-cü il tarixli, 11-3-3/2-1186/2024 saylı “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” yazılı göstərişdən görünür ki, X7 prospektində yerləşən “Zirvə market” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və 5 gün müddətində yayım haqqının ödənilməsi, ödəmədiyi təqdirdə İXMin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi haqqında məlumat verilmişdir. - 29 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə” məktubdan görünür ki, sahibkar Şəxs Gəncə şəhəri, X7 prospektində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Zirvə market” adlı obyekti üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün xx.xx.2024-cü il tarixli, 11-3-3/2-1186/2024 saylı yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq bu günədək onun tərəfindən yazılı göstərişin tələblərini tam və vaxtında yerinə yetirməmişdir. O, Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. - 15 avqust 2024-cü il tarixli 11-3-3/2-1608/2024 saylı məktubla Şəxs haqqında protokol tərtib edilmiş və həmin protokolun surəti ona göndərilmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs yayım haqqını ödədiyi üçün onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından və tərəflərin izahatlarından həmçinin ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən 16 avqust 2024-cü il tarixdə “ADRA” Gəncə Regional İdarəsinin verdiyi yazılı göstərişin tam ödəməli olduğu yayım haqqını ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 15 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3111/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3111/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver