Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3115/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu X2 X5 Xidmətinin Gəncə regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X1 Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət aidiyyət qaydaları pozulmaqla verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edir ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Həmin Qərardan göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən inzibati xətalara dair işlər üzrə qərarlardan verilən şikayətlərə İXM-in 110.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, yəni inzibati xətanın törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olduğu müəyyən edilmiş, həmçinin şikayət vermiş şəxsin vəsatətinə əsasən şikayətə onun yaşayış yeri üzrə baxılmasının mümkünlüyü də təsbit edilmişdir. Belə ki, inzibati xətalara dair verilmiş şikayətlər ya inzibati xətanın törədildiyi, ya da inzibati xətanı törətmiş şəxsin yaşayış yeri üzrə verilə bilər. Belə olan halda isə iş materiallarından aydın şəkildə görünür ki, inzibati xətanın törədildiyi yer N saylı hərbi hissədir, inzibati xətanı törətmiş şəxs - X4 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Bununla da məhkəmə aidiyyətinə görə hazırkı şikayətin Gəncə Şəhər Məhkəməsinə verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu səbəbdən də X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 X5 Xidmətinin Gəncə regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3115/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3115/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver