Məhkəmə qərarları › İş №3(125)-3132/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3132/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3132/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Həsənli Məhəmməd Vahid oğlunun, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Qərardan şikayət verən orqan Gəncə Dövlət Universitetinin X28 direktoru X6, Gəncə Dövlət Universitetinin X28 etibarnamə üzrə nümayəndəsi (hüquqşünas) Nümayəndə2, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X29 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan Gəncə Dövlət Universitetinin X28 direktoru X6 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Dövlət Universitetinin X28 direktoru X15, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin rəisi X29 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Dövlət Universitetinin nəzdində X13 müdiri X30 özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra Səidə Talıbova DƏMX-in Gəncə-Daşkəsən RŞ-nə müraciət edərək hüquqlarının pozulmasını bildirmişdir. Şöbənin baş əmək müfəttişi X31 tərəfindən qərar qəbul edilərək kollecin direktoru X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xətanı törətdiyinə görə 1500 manat cərimə edilmişdir. Taleh İsmayılov tərəfindən verilmiş qərara əsasən müəyyən edilmişdir ki, Xoşqədəm Xudiyeva tərəfindən AR ƏM-in 71.3 və 76.2-ci maddələrinin tələbləri pozulmuşdur. AR ƏM-in 70-ci maddənin “ç” bəndinə əsasən Səidə Talıbova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. xx.xx.2025-ci il tarixdə DİN-in 102 Qaynar Xətt xidməti mərkəzinə müraciət edilərək rəhbərlik etdiyi kollecin Laboratoriya müdiri Səidə Talıbovanın kollecin 333A2 qrup tələbəsi Famil Aslanovdan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığı bildirilmişdir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 3-cü PB-də HK-1/407 sayla qeydiyyata alınaraq icraata qəbul edilmişdir. Gəncə şəhər 3-cü PB-in Baş təhqiqatçı polis mayoru Çərkəz Mustafaoğlu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qərar qəbul edilmiş, qərarda qeyd edilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X15 və X22 müraciətləri əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Çərkəz Mustafaoğlu qərarda qeyd etmişdir ki, X9 Dövlət Universitetinin nəzdində X26 Sistemlərinin Servisi və Təmiri fakültəsinin 3-cü kursunda təhsil alır. Kollecin Laboratoriya müdiri Səidə Talıbova 2025-ci ilin mart ayının 20-də ondan təcrübədə iştirak etməmək müqabilində 200 (iki yüz) manat pul istədiyi üçün onun **********642025 saylı "xxxx" ASC-in hesab kartına mart ayının 20-də əvvəlcə özünə məxsus **********905870 saylı "xxxx" ASC-in hesab kartından 100 (yüz) manat, sonra isə aprel ayının 20-də isə yenidən 100(yüz) manat pul göndərmişdir. Sonradan ona pul verdiyinə peşman olduğu üçün bu barədə kollecin direktoru Xoşqədəm Xudiyevaya məlumat vermişdir. Səidə Talıbova da ona göndərdiyi 200 (iki yüz) manat pulu onun kart hesabına geri qaytarmışdır. Daha sonra Gəncə şəhəri Dədə Qorqud küçəsi bina 34B mənzil 28-də yaşayan Gəncə Dövlət Universitetinin X28 3-cü kurs 333A2 qrup tələbəsi X33 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan 200 manat rüşvət pul almadığını, onun Səidə Talıbovadan heç bir şikayət və tələbinin olmadığnı bildirərək ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Lakin iş materiallarında olan izahatlardan da görünür ki, Səidə Talıbova həqiqətən də X16 200 manat pulu almışdır. 3cü PB-in baş təhqiqatçısı polis mayoru X37 Aslanovun ərizəsi ilə kifayətlənmiş, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul etmişdir. Halbuki, Səidə Talıbova barəsində cinayət işinin başlanması barədə qərar qəbul edilməli və şikayətin olubolmaması istintaq gedişində müəyyən olunaraq müvafiq qərar qəbul edilməli idi. Bundan başqa 3-cü PB-in baş təhqiqatçısı, polis mayoru Çərkəz Mustafaoğlu "xxxx" ASC vasitəsi ilə köçürülən 200 manat pulun lotereya pulu olmasının mötəbərliyini müəyyən etməmişdir. Əgər lotereya pulu idisə, Səidə Talıbovanın kartının əvvəlki aylar üçün həmin məbləğin eyni karta köçürülüb-köçürülməməsini araşdırmamışdır. Hazırda qeyd olunan cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərardan şikayət verilmişdir. Şikayətçi həmçinin müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, DƏMX-in Gəncə-Daşkəsən RŞ tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul olunması xahiş olunmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(125)-2964/2025 nömrəli qərarı ilə inzibati tənbeh vermə haqqında qərarın surətinin əlavə edilməməsinə görə geri qaytarılmış, hazırda qərarın surəti şikayətə əlavə edilmişdir. Odur ki, müddətin ötürülməsinin üzrlü sayılıb buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən orqan Gəncə Dövlət Universitetinin X28 direktoru X15 şikayətin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Gəncə Dövlət Universitetinin nəzdində X13 müdiri X30 özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 05 iyun 2025-ci il tarixdə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra Səidə Talıbova DƏMX-in Gəncə-Daşkəsən RŞ-nə müraciət edərək hüquqlarının pozulmasını bildirmişdir. Şöbənin baş əmək müfəttişi X31 tərəfindən qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xətanı törətdiyinə görə o, 1500 manat cərimə edilmişdir. Taleh İsmayılov tərəfindən verilmiş qərara əsasən müəyyən edilmişdir ki, onun tərəfindən AR ƏM-in 71.3 və 76.2-ci maddələrinin tələbləri pozulmuşdur. Hesab edir ki, AR ƏM-in 70-ci maddənin “ç” bəndinə əsasən Səidə Talıbova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. AR ƏM-in 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixdə DİN-in 102 Qaynar Xətt xidməti mərkəzinə müraciət edərək rəhbərlik etdiyi kollecin Laboratoriya müdiri Səidə Talıbovanın kollecin 333A2 qrup tələbəsi Famil Aslanovdan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir. Dəfələrdə şifahi formada Səidə Talıbovaya xəbərdarlıqlar olunsa da, o, dəfələrlə korrupsiyaya yol vermişdir. Məhz buna görə də Səidə Talıbova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İkinci məsələ isə bundan ibarətdir ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarın 76.2-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Protokolda bu maddənin hansı hissəsində pozuntuya yol verildiyi qeyd edilməmişdir. Əmrdə qeyd olunan AR ƏM-in 72-ci maddəsinin “e” və “b” bəndlərinə istinad edilməsi əmək müqaviləsinə iki və daha artıq əsasla xitam verilməsi kimi qəbul edilə bilməz. Sonda əmək müqaviləsinə xitam verilərkən bir əsasa - AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə istinad edilmişdir. 3-cü PB-in baş təhqiqatçısı polis mayoru X37 Aslanovun ərizəsi ilə kifayətlənmiş, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul etmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, sonradan həmin qərar Gəncə şəhər prokuroru tərəfindən ləğv edilmiş, əlavə araşdırılma aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə göndərilmişdir. Polisin qərarının gözləməməsinə səbəb o olmuşdur ki, sözügedən məsələ Komissiyanın müzakirəsinə çıxarılmış, fakt öz təsdiqini tapmış, həmçinin xx.xx.2025-ci il tarixdə keçirilmiş Pedaqoji Şuranın iclasında X30 tərəfindən daxili nizam intizam qaydaları pozulmuş, hətta o “kadrlar kitabını” cırmışdır. Bu barədə aktlar tərtib olunmuşdur. İş müəssisədə olan Komissiya tərəfindən tamamilə araşdırılıb rüşvət faktı öz təsdiqini tapdığından sonra həmin şəxs cəzalandırılması üçün iş materialları polis orqanına göndərilmişdir. Təyin olunduğu gündən bugünədək müəssisədə korrupsiya faktı ilə mübarizə aparır. X7 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan 200 manat rüşvət pul almadığını, onun Səidə Talıbovadan heç bir şikayət və tələbinin olmadığnı bildirərək ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Lakin iş materiallarında olan izahatlardan da görünür ki, Səidə Talıbova həqiqətən də X16 200 manat pulu almışdır. 3-cü PB-in baş təhqiqatçısı, polis mayoru Çərkəz Mustafaoğlu "xxxx" ASC vasitəsi ilə köçürülən 200 manat pulun lotereya pulu olmasının mötəbərliyini müəyyən etməmişdir. Əgər lotereya pulu idisə, Səidə Talıbovanın kartının əvvəlki aylar üçün həmin məbləğin eyni karta köçürülüb-köçürülməməsini araşdırmamışdır. Məhkəmə iclasında Gəncə Dövlət Universitetinin X28 etibarnamə üzrə nümayəndəsi (hüquqşünas) Nümayəndə2 şikayətin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, polisə müraciət edilməkdə məqsəd əmələ hüquqi qiymət verilməsi olmuşdur. Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, sonradan həmin qərar əsassız olduğundan Gəncə şəhər prokuroru tərəfindən ləğv edilmiş, əlavə araşdırılma aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nə göndərilmişdir. Həmin əlavə araşdırmanın nəticəsi gözlənilməlidir. Burdan belə nəticəyə gəlmək olur ki, polis tərəfindən qəbul edilmiş qərar əsassız olduğundan onun əsasında Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə1 şikayətin təmin edilməməsini xahiş edərək bildirdi ki, X17 şikayəti əsasında araşdırma aparılmış, aşkar olunmuşdur ki, X17 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 71.3-cü və 76.2-ci maddələrinin tələbləri pozulmuşdur. AR ƏM-in 71.3-cü maddəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. AR ƏM-in 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamış, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Əmək müqaviləsi ləğv edilərkən GDU X28 AHİK-nin sədri M.İ.Əsgərova tərəfindən xx.xx.2025-ci il tarixdə razılaşdırılmış və Gəncə Dövlət Universitetinin X28 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Xoşqədəm Xudiyeva tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş daxili intizam qaydalarının 10.38.8-ci bəndinə (qeyri-qanuni olaraq öz məqsədini həyata keçirmək naminə neqativ əməllərə yol verdikdə (rüşvət vermək və ya almaq)) istinad edilmişdir. Həmin istinad olunan əsas əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyil, çünki Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi rüşvət faktı öz təsdiqini tapmamışdır. X30 tərəfindən müəssisənin İntizam Komissiyasında verilmiş birinci izahatda rüşvət faktı etiraf olunsa da, sonrakı izahatında o, bu faktı inkar edərək rüşvət almadığını, birinci ərizənin işəgötürən tərəfindən zorla yazdırıldığını bildirmişdir. AR ƏM-in 62.1-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Belə ki, polis orqanı tərəfindən rüşvət faktı araşdırılıb nəticəsi müəyyən edilməmiş müəssisənin direktoru tərəfindən əmək müqaviləsinə xitam verilmişdir, işəgötürən tərəfindən polis orqanında araşdırmanın yekunlaşması gözlənilməli idi. Şəxsin rüşvət alması faktının müəyyən edilməsi işəgötürənin səlahiyyətlərinə aid deyil. Aşkar olunmuş inzibati xəta ilə bağlı Gəncə Dövlət Universitetinin X28in barəsində inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 28 nömrəli əmrdə göstərilmişdir ki, laboratoriya müdiri vəzifəsində işləyən X32 tələbənin tədris təcrübəsinə gəlməməyi müqabilində ondan pul almışdır. Belə ki, X32 xx.xx.2025-ci il tarixli izahatında kollecin 333 A2 qrup, sonuncu kurs tələbəsi X18 tədris təcrübəsinə gəlmədiyini və onun müqabilində 200 manat pul vəsaiti aldığı etiraf etmiş, sonradan həmin işi həll edə bilmədiyi üçün 400 manat pulu tələbəyə qaytardığını bildirmişdir. X8 xx.xx.2025-ci il tarixli izahatında həqiqətən də həmin pulu Səidə Talıbovaya verdiyini qeyd etmişdir. X12 əmək funksiyalarının icrası zamanı yol verdiyi ciddi nöqsanlara görə ona xx.xx.2025-ci il tarixli 103 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin O, həmin intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. X12 öz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən qəbul edilmiş müəssisədaxili intizam qaydalarını da pozmuşdur. X4 hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" və ''ə'' bəndlərinin tələblərinə əsasən e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Bu isə işçi ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ’ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində Sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd edilənləri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndini və qanunvericiliyin tələblərini rəhbər tutaraq əmr edilmişdir: 1. Laboratoriya müdiri X32 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2025 tarixindən xitam verilsin; 2. İşçinin son haqq-hesabı mühasibatlıq şöbəsi tərəfindən qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilsin; 3. İşçinin əmək kitabçasında müvafiq qeyd aparılsın və əmək kitabçası özünə təhvil verilsin. Əsas: X19 xx.xx.2025-ci il tarixli izahatı; X23 xx.xx.2025-ci il tarixli izahatı; Əmək və icra intizamı komissiyasının aktı; müəssisədaxili intizam qaydalarının 10.38.8 və 10.38.10 bəndləri; xx.xx.2025-ci il tarixli 103 nömrəli əmr; Əmək Məcəlləsinin müvafiq maddələri; Pedaqoji şuranın qərarı. -“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri G.Şıxlinski küçəsi ev 16-da yaşayan Gəncə Dövlət Universitetinin X28 direktoru vəzifəsində çalışan X15 xx.xx.2025-ci İl tarixdə DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət edərək rəhbərlik etdiyi kollecin Laboratoriya müdiri Səidə Talıbovanın kollecin 333A2 qrup tələbəsi Famil Aslanovdan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir. Həmin məlumat xx.xx.2025-ci il tarixdə 3cü PB-də HK-1/407 sayla qeydə alınaraq icraata daxil edilmişdir. İlkin araşdırma zamanı Gəncə şəhəri G.Şıxlinski küçəsi ev 16-da yaşayan Gəncə Dövlət Universitetinin X28 direktoru vəzifəsində çalışan X15 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək rəhbərlik etdiyi kollecin Labortoriya müdiri Səidə Talıbovanın kollecin 333A2 qrup tələbəsi Famil Aslanovdan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə 3-cü PB-də qeydə alınaraq icraatında olan HK-1/407 saylı materiala əlavə edilmişdir. Bundan başqa Gəncə şəhəri Dədə Qorqud küçəsi bina 34B mənzil 28-də yaşayan Gəncə Dövlət Universitetinin X28 3-cü kurs 333A2 qrup tələbəsi X33 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə 3-cü PB-də qeydə alınaraq icraatda olan HK-1/407 saylı materiala əlavə edilmişdir. Araşdırma zamanı Gəncə şəhəri Dədə Qorqud küçəsi bina 34B mənzil 28-də yaşayan Gəncə Dövlət Universitetinin X28 3-cü kurs 333A2 qrup tələbəsi X33 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan 200 manat rüşvət pul almadığını, onun Səidə Talıbovadan heç bir şikayət və tələbinin olmadığını bildirərək, ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə 3-cü PB-də qeydə alınaraq icraatda olan HK-1/407 saylı materiala əlavə edilmişdir. X15 izahatında göstərmişdir ki, o, 2025-ci ilin yanvar avından Gəncə Dövlət Universitetinin X28 direktoru vəzifəsində çalışır. Kollecin 333A2 qrup tələbəsi Famil Aslanov xx.xx.2025-ci il tarixdə ona müraciət edərək rəhbərlik etdiyi kollecin Labortoriya müdiri Səidə Talıbovanın ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir, onun **********642025 saylı Kapital Bankın hesab kartına mart ayının 20- də əvvəlcə özünə məxsus **********905870 saylı Kapital Bankın hesab kartından 100 (iki yüz) manat, sonra isə aprel ayının 20-də isə yenidən 100(yüz) manat pul göndərmişdir. Sonradan ona pul verdiyinə peşman olduğu üçün bu barədə kollecin direktoru Xoşqədəm Xudiyevaya məlumat vermişdir. Səidə Talıbova da ona göndərdiyi 200 (iki yüz) manat pulu onun hesab kartına geri qaytarmışdır. Araşdırma zamanı Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 34B, mənzil 28-də yaşayan Gəncə Dövlət Universitetinin X28 3-cü kurs 333A2 qrup tələbəsi X33 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan 200 manat rüşvət pul almadığını, onun Səidə Talıbovadan heç bir şikayət və tələbinin olmadığını bildirərək, ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Həmin ərizə xx.xx.2025ci il tarixdə 3-cü PB-də qeydə alınaraq icraatda olan HK-U407 saylı materiala əlavə edilmişdir. X30 izahatında göstərmişdir ki, o, 2001-ci ildən dan Gəncə Dövlət Universitetinin nəzdində X13 müdiri vəzifəsində çalışır. Kollecin 333A2 qrup tələbəsi Famil Aslanovun anası Məlahətlə o rəfiqədir. Onlar öz aralarında onun bibisi qızı Şahnazla birlikdə 200 manat lotereya oynayırlar. Famil Aslanov 2-ci Qarabağ müharibəsi iştirakçısı olub və onun kontuziyası var. Onun anası Məlahət xx.xx.2025ci il tarixdə onun **********642025 saylı Kapital Bankın hesab kartına oğluna məxsus **********905870 saylı Kapital Bankın hesab kartından 100 (iki yüz) manat, sonra isə aprel ayının 20-də isə yenidən 100 (yüz) manat pul göndərmişdir. Kollecin direktoru X15 onunla yola getmir. O hardansa onun Familin anası və bibisi ilə lotoreya oynadığını öyrənmişdir. Famili məcbur etmişdir ki, onun üzünə dursun ki, guya o, ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat rüşvət pul almışdır. O, bu barədə Familin anası Məlahətə məlumat vermişdir. O, Xoşqədəmə onlarn lotoreva oynadıqlarını desə də, o, onun rüşvət aldığını deyərək ondan şikayət edəcəyini demişdir. O, heç kimdən rüşvət almamışdır. O, Məlahətə 400 manat pul qaytarmışdır. O da lotoreyanın puludur. Onlar bir neçə aydır ki, lotoreya oynayırlar. X20 izahatında göstərmişdir ki, o, X22 anası X14 qardaşı arvadının bacısıdır. X55 Universitetinin X28 3-cü kursunda təhsil alır. O. Məlahətin vasitəsi ilə 3 ilə yaxındır ki. Familin təhsil aldığı kollecdə laboratoriya müdiri vəzifəsində çalışan X30 ilə tanışdır. Onun Məlahət və Səidə ilə aya 200 manat puldan latoreva oynayırlar. Məlahət xx.xx.2025-ci il tarixdə Familə məxsus **********905870 saylı Kapital Bankın hesab kartından Səidənin 523915 ********** saylı Kapital Bankın hesab kartına 100 (iki yüz) manat, sonra isə aprel avının 20-də isə yenidən 100 (yüz) manat pul göndərmişdir. Famildən istifadə edən Kollecin direktoru X1 ilə yola getmədiyi üçün Famili təhrik edərək Səidənin Famildən 200 manat rüşvət aldığını deməsinə məcbur etmişdir. O, hardansa onların Səidə ilə lotoreva ovmadıqlarını öyrənmişdir. O, Famili məcbur etmişdir ki, Səidənin üzünə dursun ki, guya o, ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat rüşvət pul alıb. Səidə Familə məxsus **********905870 saylı Kapital Bankın hesab kartına 400 manat lotoreya pulu göndərmişdir. Onlar bir neçə aydır ki, lotoreya oynayırlar. X33 izahatında göstərmişdir ki, onun anası Məlahət və təhsil aldığı kollecdə laboratoriya müdiri işləyən Səidə ilə aya 200 manat puldan lotoreya oyunu (növbəli şəkildə ayda bir dəfə pul götürmək) oynayırlar. Anası Məlahət xx.xx.2025-ci il tarixdə ona məxsus **********905870 saylı Kapital Bankın hesab kartından Səidənin **********642025 saylı Kapital Bankın hesab kartına 100 (iki yüz) manat, sonra isə aprel ayının 20-də isə yenidən 100 (yüz) manat pul göndərmişdir. O, 2-ci Qarabağ müharibəsi iştiraçısıdır. O, kontuziya alsa da heç bir əlillik dərəcəsi yoxdur. Onun ürək keçməsi olur. Kollecin direktoru X2 Talıbova ilə yola getmədiyi üçün onun kollecdə qayıb limitinin olmasını deyib onun 1 il kursda qalacağını bildirərək onu təhrik edərək Səidə müəllimənin ondan 200 manat rüşvət aldığına deməyinə məcbur etmişdir. O, hardansa onun anası Səidə ilə latoreya oynadıqlarını öyrənmişdir. O, onu məcbur etmişdir ki, Səidənin üzünə dursun ki, guya o, ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat rüşvət pul alıb. Səidə ona məxsus **********905870 saylı Kapital Bankın hesab kartına 400 manat latoreya pulu göndərmişdir. O, Səidə müəlliməyə rüşvət verməmişdir. O, ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını istəyir. Onu təhsil aldığı kollecin direktoru Xoşqədəm Xudiyeva onun 1 il kursda qalacağını deyərək Səidə Talıbovadan şikayət etməyə təhrik etdiyi üçün şikayət etmişdir. Etdiyi əməldən peşmandır. Beləliklə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Gəncə Dövlət Universitetinin nəzdində X13 müdiri vəzifəsində çalışan X17 həmin kollecin X10 və Təmiri fakültəsinin 3-cü kursunun tələbəsi X16 təcrübədə iştirak etməmək müqabilində rüşvət qismində 200 (iki yüz) manat alması faktı öz təsdiqini tapmadığından. X22 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan rüşvət qismində 200 (iki yüz) manat almadığını, onun Səidə Talıbovadan heç bir şikayət və tələbinin olmadığını bildirərək, ilkin müraciəti əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etdiyindən HK-1/407 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-nin 86, 39.1.1 və 212-ci maddələrini rəhbər tutub, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X15 və X22 müraciətləri əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. - “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri G.Şıxlinski küçəsi ev 16-da yaşayan Gəncə Dövlət Universitetinin X28 direktoru vəzifəsində çalışan X15 xx.xx.2025-ci il tarixdə DİN “102” zəng xidməti mərkəzinə müraciət edərək rəhbərlik etdiyi kollecin Laboratoriya müdiri Səidə Talıbovanın kollecin 333A2 qrup tələbəsi Famil Aslanovdan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir. Həmin məlumat HK-1/407 sayda qeydiyyata alınaraq Gəncə şəhər Baş Polis İdarəsinin vasitəsilə araşdırılması üçün Gəncə şəhər 3-cü Polis Şöbəsinə göndərilmiş və 3-cü PŞ-də xx.xx.2025-cı il tarixdə HK1/407 sayda qeydiyyata alınaraq icrası X5 həvalə edilmişdir. Bundan başqa Gəncə şəhəri Dədə Qorqud küçəsi bina 34B mənzil 28-də yaşayan Gərmə Dövlət Universitetini nəznındə Regional Kollecin 3-cu kurs 333A2 qrup tələbəsi X33 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul aldığını bildirmişdir. Həmin ərizə xx.xx.2025-ci ıl tarixdə 3-cü PB-də qeydə alınaraq Gəncə şəhər 3-cü X40 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 olan HK- 1/407 saylı materiala əlavə edilmişdir. Material üzrə araşdırma zamanı X22, X6, X38 və X14 izahatları alınmışdır. Aparılmış araşdırmanın gedişində, X50 ərizə ilə Gəncə şəhər 3cü PŞ-nə ərizə ilə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri Səidə Talıbovanın ondan təcrübədə iştirak etməmək müqabilində 200 manat pul almadığını bildirmişdir və sonuncudan hər hansı şikayətinin və tələbinin olmadığını bildirmiş və Səidə Talıbovanın barəsində aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Beləliklə aparılmış araşdırma zamanı Gəncə Dövlət Universitetinin nəznındə Regional Kollecin 3-cu kurs 333A2 qrup tələbəsi X33 xx.xx.2025-ci il tarixdə ərizə ilə 3-cü PB-nə müraciət edərək təhsil aldığı kollecin Laboratoriya müdiri X42 Aslanovdan təcrübədə iştirak etməmək müqabilində rüşvət qismində 200 manat pul almaması faktı öz təsdiqini tapmadığından həmin fakt üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cu maddəsində əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Gəncə şəhər 3-cü X40 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən HK-1/407 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2025-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X28 xx.xx.2025-ci il tarixli 153 saylı əmrinə əsasən yaradılmış “Əmək və icra intizamı komissiyası”nın üzvləri tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, kollecin laboratoriya müdiri X19 xx.xx.2025-ci il tarixdə kollecin direktoru Xoşqədəm Xudiyevanın adına yazmış olduğu izahatda kollecin 333 A2 qrup, sonuncu kurs tələbəsi X18 tədris təcrübəsinə gəlmədiyini və onun müqabilində 200 manat məbləğində pul vəsaiti aldığı bildirmiş, sonra da həmin işi həll edə bilmədiyi üçün 400 manat pulu tələbəyə qaytardığını bildirib. Tələbənin xx.xx.2025-ci il tarixdə yazdığı izahatda həqiqətən də həmin pulu Səidə Talıbovaya verdiyini qeyd edib. xx.xx.2025-ci il tarixində əmək və intizam komissiyası iclası keçirilmiş həmin iclasda Səidə Talıbova dəvət edilmişdir. X45 bildirmişdir ki, tələbədən qeyd olunan 200 manat pul vəsaitini almayıb. Bundan əlavə Səidə Talıbova qeyd edib ki, əvvəlki dövrlərdə Famil Aslanovun sinifkom kimi təyin olunmasında vasitəçi olub, lakin sonradan bunu təkzib edib. -Komissiya sədri Aslan Quliyev tərəfindən Gəncə Dövlət Universitetinin X28 direktoru Xoşqədəm Xudiyevaya ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli 146 saylı əmrə əsasən yaradılmış “Əmək və icra intizam komissiyası” tərəfindən müvafiq yoxlamalar aparılmış, nəticədə laboratoriya müdiri X30 tərəfindən bir sıra pozuntu hallarına yol verilməsi aşkar edilmişdir. xx.xx.2025-ci il tarixində kollecin laboratoriya müdiri Səidə Talıbova tərəfindən təqdim olunmuş izahatda qeyd olunub ki, 333 A2 qrupunun sonuncu kurs tələbəsi X18 tədris təcrübəsində iştirak etmədiyi halda, ondan 200 manat məbləğində vəsait alınıb və problemin həll olunmaması səbəbindən daha sonra 400 manat geri qaytarılıb. Həmin tarixdə tələbənin yazdığı izahatda bu məlumat təsdiqlənmişdir. Lakin xx.xx.2025-cı il tarixində keçirilmiş Əmək və İntizam Komissiyasının iclasında Səidə Talıbova əvvəlki izahatını təkzib edərək pul almadığını bildirmiş, Famil Aslanovun sinifkom təyin edilməsində rolunun olduğunu etiraf etsə də, daha sonra bu bəyanatından da imtina etmişdir. Bu kimi ziddiyyətli və qeyri-etik davranışlar pedaqoji prinsiplərə uyğun gəlmədiyindən və təhsil müəssisəsinin imicinə mənfi təsir etdiyindən məsələnin obyektiv araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab olunur. -X30 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, mart ayının axırlarında 333A2 qrupunda olan Famildən 200 manat almışdır ki, qiymətlərində ona kömək edə bilmədiyi üçün xx.xx.2025-ci ildə həmin uşağa 400 manat qaytarmışdır. Tutduğu işdən peşmandır və xahiş edir onu bağışlasınlar. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə X7 tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, praktikada 1-ci iştirak eləmişdir, 2-ci praktika iştirak eləyə bilmədiyi üçün Səidə müəllimə (Talıbova Səidə) yaxınlaşıb mart ayında gəlmədiyi üçün pul tələb elədi. Həmin vaxt 100 manat kartına atdı. 2-ci dəfə isə aya 100 manat, yəni aprelin 20-si təkrar pul atdı. O, özü müharibədə iştirak etmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci tərəfindən qəbul olunmuş 103 nömrəli, xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, kollecin laboratoriya müdiri X30 əmək funksiyasının icrası zamanı yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. - X30 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, “Mühasibat uçotu” ixtisasında təhsil alan Leyla adlı tələbə ona müraciət elədi ki, təcrübə ilə bağlı ona köməklik etsinlər. O, isə bildirdi ki, köməklik olarsa, ona köməklik edər. Ancaq heç bir köməklik olmadı, tələbə ilə heç bir maddiyyat almamışdır. İzahatı özü yazdı, heç kim müdaxilə etmədi. - X24 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə ünvanlanmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Səidə praktika müdədtində pul qarşılığında ona kömək edəcəyini bildirib, praktikaya gəlməyinə ehtiyac olmadığını deyib və bir neçə gündən sonra ona zəng edib, bildirdilər ki, praktikadan limitə düşmüşdür və Səidə əlaqə saxlayanda narahat olmamağını İlqar Əliyevlə bu məsələni həll edəcəyini demişdir. İndi bu məsələyə köməklik etmirlər və İlqar Əliyevdə ona köməklik etmir və onun bu il praktikadan kəsilə biləcəyini deyir. Xahiş edir, bu məsələyə baxılsın. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından məlum olur ki, Gəncə Dövlət Universitetinin X28 direktoru X15 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3 və 76.2-ci maddələrinin tələbləri pozularaq X17 əmək müqaviləsinə xitam verildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində şərti olaraq cərimənin tətbiq edilməsi qərara alınmışdır. -Həmçinin iş materiallarına GDU X28 AHİK-nin sədri M.İ.Əsgərova tərəfindən xx.xx.2025-ci il tarixdə razılaşdırılmış və Gəncə Dövlət Universitetinin X28 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Xoşqədəm Xudiyeva tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş daxili intizam qaydaları əlavə edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-2964/2025 nömrəli qərardadı ilə X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinin şikayətçiyə geri qaytarılması qərara alınmışdır. -Gəncə Şəhər Məhkəməsinin 2(125)-4403/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X17 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, X30 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X28 xx.xx.2025-cü il tarixli, 28 nömrəli əmrinin ləğv edilməsi, X17 əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 62.1-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Belə ki, iddiaçı X17 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbi üzrə qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-4403/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsində məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işə götürən əmək münasibətlərinə xitamın əsası kimi iddiaçının tələbəyə kömək edəcəyinə dair vəd edərək pul alması və vədini həyata keçirə bilmədiyi üçün pulu qaytarması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin direktoru həmin halı “rüşvət alma” olaraq dəyərləndirdiyini bildirmişdir. Halbuki, qanunvericiliyə əsasən “rüşvət alma” cinayətdir və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq, araşdırılır, habelə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirildikdə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarıldıqda, təqsirli sayılır. Hazırkı iş üzrə Səidə Talıbovanın rüşvət alma cinayətinin törədilməsində təqsirli bilinməsinə dair qanuni qüvvəyə minmiş ittiham hökmü çıxarılmasa da, komissiya aktına və izahatlara əsaslanaraq cavabdeh rüşvət alma əməlinin törədilməsi qənaətinə gəlmiş və bu halı qanuni mənafeyə ciddi xələl gətirmə kimi qiymətləndirərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, qanunvericiliyə əsasən müvafiq orqanlara aidiyyəti müəyyən olunmuş cinayətin araşdırılması hər hansı komissiya tərəfindən həyata keçirilə bilməz və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən edilməli olan şəxsin cinayət törədilməsində təqsirli bilinməsi hər hansı digər şəxsin dəyərləndirməsindən, qənaətindən asılı ola bilməz, üstəlik belə qənaətə əsaslanan hüquqi nəticələr törədilə - əmək müqaviləsinə xitam verilə bilməz. Cavabdeh mübahisələndirilən əmri qəbul edərkən, iddiaçının və tələbənin izahatlarına istinad etmişdir, halbuki, iddiaçının rüşvət alma cinayətini törətməkdə öz təqsirini etiraf etməsi qanunvericiliyə uyğun olaraq aparılan araşdırma zamanı yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilərdi. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh qeyd edilən halı qanuni mənafeyə ciddi xələl gətirmə kimi qəbul etmişdir, halbuki əmək qanunvericiliyinə əsasən, işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi ayrıca qaydada nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla ləğv edilməsinin yolverilməzliyini nəzərdə tutan əmək qanunvericiliyinin eyni anlama gələn xitam əsaslarını nəzərdə tutması qeyri-mümkündür. Beləliklə, cavabdehin əmək müqaviləsinə xitamın əsası kimi istinad etdiyi qanuni mənafeyə ciddi xələl gətirmə sübut olunmamaqla yanaşı, həmin əmrdə istinad olunan rüşvət alma cinayətinin törədilməsi halında qanuni qüvvə minmiş məhkəmə hökmünə əsasən əmək müqaviləsinə xitam verilməsi digər norma ilə tənzimlənir. Beləliklə, mübahisələndirilən əmrin həmin hissədə qanuni və əsaslı olmaması müəyyən edilir. Bununla yanaşı, cavabdeh iddiaçının öz əmək funksiyasına daxil olan vəzifələrini yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini, habelə barəsində intizam tənbeh tədbiri tətbiq edildikdən altı ay ərzində iddiaçının təkrarən əmək funksiyasını pozmasını əmrdə göstərməklə kifayətlənmişdir. Lakin işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməli bütün məlumatlar öz əksini tapmamış, beləliklə tam tərtib edilməmişdir. Belə ki, əmək münasibətlərinə xitam verilməsi kimi ağır nəticəyə səbəb olan tənbeh tədbirinin tətbiq olunması üçün əmək münasibətlərində iqtisadi cəhətdən daha güclü olan işəgötürənin hüquqdan sui-istifadəsi olaraq görünür. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün əsaslar ilk öncə həmin münasibətin digər tərəfi olan və əmrin təqdim edildiyi işçiyə aydın olmalıdır. Belə ki, həmin əsaslarla razılaşmadığı halda müvafiq əmri mübahisələndirmək işçinin hüququdur. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. AR İXM-in 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iş materiallarını, inzibati xəta haqqında araşdırma materiallarını tədqiq edərək bu nəticəyə gəlmişdir ki, şikayət əsassızdır. Gəncə Dövlət Universitetinin X28də laboratoriya müdiri vəzifəsində işləyən X30 ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-cİ il tarixdən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri - AR ƏM-in 71.3 və 76.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli qərarına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər. Hazırkı iş üzrə Səidə Talıbova barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Gəncə şəhər prokuroru tərəfindən ləğv edilib əlavə araşdırılma üçün polis orqanına qaytarılmasına baxmayaraq hazırda polis orqanı tərəfindən cinayət işinin başlanması haqqında, Səidə Talıbovanın şübhəli şəxs qismində tanınması və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməmişdir. Buna baxmayaraq Gəncə Dövlət Universitetinin X28in direktoru komissiya aktına və izahatlara əsaslanaraq X17 rüşvət alma əməlinin törədilməsi qənaətinə gəlmiş və bu halı qanuni mənafeyə ciddi xələl gətirmə kimi qiymətləndirərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, qanunvericiliyə əsasən müvafiq orqanlara aidiyyəti müəyyən olunmuş cinayətin araşdırılması hər hansı komissiya tərəfindən həyata keçirilə bilməz və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən edilməli olan şəxsin cinayət törədilməsində təqsirli bilinməsi hər hansı digər şəxsin dəyərləndirməsindən, qənaətindən asılı ola bilməz, üstəlik belə qənaətə əsaslanan hüquqi nəticələr törədilə - əmək müqaviləsinə xitam verilə bilməz. Bundan başqa, qərardan şikayət verən orqan Gəncə Dövlət Universitetinin X28 direktoru və etibarnamə üzrə nümayəndəsi həmin halların əksini təsdiq edən hər hansı sübutu şikayətə əlavə etməmiş, əksinə qanuni qüvvəsini almasa da, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4403/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X17 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, X30 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X28 xx.xx.2025-cü il tarixli, 28 nömrəli əmrinin ləğv edilməsi, X17 əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Xoşqədəm Xudiyeva barəsində haqlı olaraq inzibati protokol tərtib edilərək qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Xoşqədəm Xudiyevanın şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə Dövlət Universitetinin X28 direktoru X6 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar