Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3142/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPİ-nin 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPİ-nin 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və başlanılmış icraat xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPİ-nin 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X3 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, qərara əsasən guya 2-li xətt zolağını kəsməklə qarşıda olan avtomobillə toqquşma olmuşdur. Lakin X10nin əməkdaşı tərəfindən düzgün nəticəyə gəlməmişdir. Belə ki, hərəkətdə olduğu yolda heç bir 2-li xətt zolağı mövcud deyil, həmin ərazinin yəni avtoavariya baş vermiş ərazinin yolunun video görüntüsünü CD diskə çəkildiyindən ərizəyə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixdə birlikdə bibisi oğlu X4 ilə atasına məxsus və etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qarşısında olan avtomobilə işıq vasitəsi ilə 2-3 dəfə işıq sayrıcı salaraq onu keçməyi ilə və yaxud yol verməsi ilə bağlı xəbərdaredici məlumatına baxmayaraq qarşısında olan avtomobil dönmə ilə bağlı heç bir xəbərdar edici işıqdan (pavarotnikdən) istifadə etmədən qarşıda bir başa sola dönmə əməliyyatı edərək yol hərəkəti haqqında qanunun tələbini pozmuşdur. Belə ki, ona edilmiş xəbərdarlıq nişanıyla bağlı o, nə yol vermədi nədəki, qarşısında sola dönməsi ilə bağlı işıq nişanından istifadə etməyərək bir başa sola dönmə əməliyyatı aparmışdır. X10 əməkdaşı tərəfindən yazılmış protokol və qərarla bağlı etiraza baxmayaraq, həmin yerdə heç bir nişanın olmaması, əgər varsa YOL Hərəkəti haqqında qanunun 10, 13, 12-ci maddələrinə əsasən yol iştirakçılarının təhlükəsizliyinin təmini və yolların saxlanması və nişanlanılması ilə bağlı heç bir tədbir görülmədiyini, yerin və yaxud digər nişanın tələbinin tətbiq edilmədiyi yolda AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbehin verilməsinin əsassız olmasını bildirməyinə baxmayaraq heç bir məhəl qoymamışdır. Məhkəmə iclasında şikayətçi X3 inzibati tənbehvermə haqqında şikayətin dəlillərinə uyğun ifadə verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Baş X10 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Gəncə şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına şikayətçi tərəfindən əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı həqiqətən də hadisənin baş verdiyi yolda ayırıcı xəttin olmaması aydın görünür. İş materiallarına əlavə edilmiş digər CD diskə baxış keçirilmiş, baxış zamanı şikayətçi şəxsin idarə etdiyi VAZ-2107 markalı avtomobilin yolun sol tərəfin ilə hərəkət edərək avtomobilləri ötməsi, sağ tərəfdə hərəkət edən ağ rəngli avtomobilin sol qanadına dəyərək istiqamətinə tam sağ tərəfə dəyişməsi müşahidə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 yolun ayırıcı xəttinin olmaması ilə bağlı bildirdikləri onun iş materiallarına əlavə etdiyi CD diskdə olan görüntülərlə öz təsdiqini tapsa da, digər CD diskdəki görüntülərdə onun avtomobili yolun en xətti üzrə yarıdan sola keçməklə, aşkar surətdə qarşı tərəfdən gələn avtomobillərin hərəkət hissəsi ilə idarə etməsi görünür. Beləliklə, X2 barəsində tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPİ-nin polis kapitanı X6 tərəfindən tərtib olunmuş 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPİ-nin polis kapitanı X6 tərəfindən tərtib olunmuş 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPİ-nin polis kapitanı X6 tərəfindən tərtib olunmuş 07 noyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3142/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3142/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver