Məhkəmə qərarları › İş №3(125)-3145/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3145/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3145/2024 30.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair X1 vəsatətini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 şikayət vəsatəti ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin BDYPİ-nin Naftalan şəhər YPX-nin inspektoru, baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Vəsatəti və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, vəsatət geri qaytarılmalıdır. X2 həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bundan başqa X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmə müddətinin bərpası üçün öncə həmin qərarı qəbul etmiş vəzifəli şəxsə müraciət etməli, müddət bərpa edildikdən sonra həmin qərardan məhkəməyə şikayət verməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə hesab edirəm ki, X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın müddətinin bərpası haqqında vəsatəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar