Məhkəmə qərarları › İş №3(125)-3149/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3149/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3149/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati qərardan şikayət vermiş şəxs X3, Protokolu tərtib etmiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi, Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 (dörd yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokola etirazını bildirmiş olduğu üçün şikayətinə Göygöl şəhəri DYPŞ-də baxılsa da heç bir qanuni istinad göstərilməmişdir yəni nəzarət kamerasından çıxarış protokola əlavə edilməmiş və eləcədə öz versiyalarını sübuta yetirmədən cərimə edilməyi ilə bağlı protokol çıxarılmışdır. Onun etirazına səbəb nəzarət kameralarının görüntüləri olmadığı halda, sərxoşluq dərəcəsinin sübutedilməsi barədə həkimin rəyi olmadığı halda qayda pozuntusuna görə cərimə etmələri barədə çıxarılmış protokolun hüquqi əsasların olmamasıdır. O, heç bir inzibati xəta törtəmədiyini, sərxoş halda avtomobil idarə etmədiyini və öz təşəbbüsü ilə keçmiş olduğu xx.xx.2024-cü il tarixli 2744/2024 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktını nəzərə alaraq barəsində tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 oğlu şikayətin məzmununa uyğun çıxış edərək əlil və müharibə veteranı olduğunu bildirərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 ifadəsində bildirmişdir ki, şikayətçi X6 xx.xx.2024-cü il tarixdə saat 08:10-da Göygöl şəhəri A.Kazımov küçəsi ərazisində “MERCEDES BENZ” 190 minik markalı 09BH209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qayda pozuntusu törətdiyi üçün saxlanılmış, bu zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etməsinə şübhə olduğu üçün alkotesterlə müayinə aparılmış və onun sərxoş olması müəyyən olunmuşdur. İfadəsinin sonunda o, hadisə vaxtı qərardan şikayət vermiş şəxs A.Səmədovun içki içməsini etiraf etməsini bildirmiş və protokol tərtib olunan zaman qeyd olunan videogörüntüləri məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli, № 2744/2024 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunda X3 öz təşəbbüsü ilə tibbi keçdiyi yoxlamada onun ayıq vəziyyətdə olduğu qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, protokolu tərtib edən şəxs X1 təqdim etdiyi videomateriala baxış keçirilərkən şikayətçi A.Səmədovun barəsində inzibati protokol tərtib olunarkən onun sərxoş olduğunu etiraf etməsi, inzibati protokolun və inzibati qərarın sürətlərini öz etirazını və ya izahatını qeyd etmədən sənədləri imzaladığı və surətlərini alması müəyyən olunur. Məhkəmə şikayətçinin inzibati xəta hadisəsindən sonra öz təşəbbüsu ilə keçdiyi xx.xx.2024-cü il tarixli, № 2744/2024 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktının mötəbərliyinə şübhə ilə yanaşaraq onu sübut növü kimi qəbul etmir. Çünki inzibati xəta haqqında protokol tərtib edilən zaman şikayətçinin görüntülərini əks etdirən videomaterialda şikayətçi özü içki içməsini etiraf etmiş və bu halı mübahisələndirməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyanın 72-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, şikayətçi Samir Lələyev barəsində tərtib olunmuş inzibati protokolla razı olmadığı halda, həmin protokola izahat və mülahizəsini təqdim etmək hüququnun olmasına baxmayaraq, heç bir qeyd etmədən tərtib olunmuş sənədləri imzaladığı və onun həmin vaxt ayıq vəziyyətdə olması barədə hər hansı sübutları məhkəməyə təqdim etmədiyi üçün şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar