Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3158/2024 03.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər X17 Şöbəsinin polis leytenantı X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası, Krasnoyarsk vilayətində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəki şəhəri, Azadlıq küçəsi, ev 30A-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X18 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXMin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Vaqif küçəsində Şəxs idarə etdiyi Opel Astra markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 idarə etdiyi Mercedes markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Opel Astra markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs döş qəfəsinin əzilməsi, həmçinin Opel Astra markalı avtomobildə olan sərnişinlər X1 qolun sınığı, X10 alının çapılmış yarası və X7 başın çapılmış yarası, dizin əzilməsi xəsarətləri almışlar. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X17 Şöbəsinin polis leytenantı X8 protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirdi ki, o, 2-ci Qarabağ müharibəsinin veteranıdır. Onun Şuşanın azad olunmasına görə, Vətən müharibəsi iştirakçısı və döyüşdə fərqlənməyə görə medalları vardır. **-NS-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobil atası Adil Zeynalova məxsusdur və özünün sürücülük vəsiqəsi yoxdur. 04 mart 2024-cü il tarixdə o həmin avtomobil ilə dostları Çingiz, Fuad və Fərid ilə birlikdə Ağdaş şəhərinə futbola baxmağa getmişdirlər. Həmin gün Ağdaş şəhərindən çıxıb Şəmkir şəhərinə gedərək dostu Çingizi düşürəcəkmiş. Gəncə şəhəri, Vaqif küçəsində olan zaman qarşısında hərəkətdə olan Nissan **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatını həyata keçirən zaman qarşıdan gələn Mercedes markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yolu tanımadığından döngəli yolda Nissan markalı avtomobili ötmə əməliyyatı etmək istəməyi hadisənin baş vermə səbəbi kimi olduğunu qeyd edərək toqquşmadan 4-5 metr əvvəl əyləcə başdığını, lakin avtomobilinin bir neçə metr sürüşdükdən sonra Mercedeslə toqquşduğunu və beləcə hadisənin qarşısını ala bilmədiyini nəzərə çatdırdı. Bundan sonra o avtomobildə xəsarət alan Çingiz, Fuad, Fərid ilə birlikdə Gəncə şəhər 3 saylı xəstəxanasına getdiklərini əlavə etdi. Sonda o, əməlindən peşman olmasını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş: - 29 iyun 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs və X5 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsasında rədd edilməsi, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə ŞBPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunan məhkəmə yol-nəqliyyat ekspertizasının 28 iyun 2024-cü il tarixli № 8/1341 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Opel Astra markalı **-NS-*** dövlət qeydiyyat nişanı avtomobilin sürcüsü Şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını salmağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətddən artıq yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədiqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhlükə yarandığı andan yəni Opel markalı avtomobil qarşı hərətəkət zolağına çıxdığı andan nəqliyyat vasitələri aralarında 8 metr məsafə olması real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafə 8 metrdən dəfələrlə böyük olmuşdur. İstintaq tərəfindən təhlükə yaranan andan Mercedes Benz markalı avtomobil ilə Opel Astra markalı avtomobil arasında olan məsafə real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Nissan markalı 99-XA- 205 dğvlət qeydiyyat nişanlı avtomobilin sürcüsü X5 hərəkətlərində Yol hərəkəti haqqında Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə haddisənin qarşısını almağa texniki imkanı olmuşdur. - “Xalq Sığorta”nın sms bildirişinin surətindən görünür ki, X4 idarə etdiyi Mercedes markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 3940 (üç min doqquz qırx) manat təşkil edir. - zərərçəkmiş şəxs X4 xx.xx.2024-cü il tarixli ərizəsindən məlum olur ki, Şəxs tərəfindən dəymiş ziyan ödənilib, onunla barışmışdır. Şikayət və tələbi yoxdur, dəymiş ziyan sığorta tərəfindən ödəniləcəkdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin 05 aprel 2024cü il tarixli, № 465 saylı ekspert rəyinin surətindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası, sol diz nahiyəsinin hematoma halında əzilməsi küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun beşinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə —xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs ayıq vəziyyətdə, sürücülük və idarəetmə hüququ olmadan Opel Astra markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin tələblərini pozması nəticəsində hər iki nəqliyyat vasitələri toqquşmuş, nəticədə Mercedes markalı **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını, İİ Qarabağ müharibəsində iştirak etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, səmimi peşmançılığını və iş üzrə zərərçəkmiş X4 ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3158/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3158/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver