Məhkəmə qərarları › İş №3(125)-3170/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3170/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3170/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər üzrə icra idarəsinin icra məmuru X5, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs hər ay 180 manat aliment alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan əlavə borclunun əmlakları barədə aidiyyatı orqanlara sorğular edilmiş, lakin borclunun adına heç bir dəyərli daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Həmçinin borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan pul borcunu vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə İcra idarəsindən müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş və izahatı alınmışdır. Buna baxmayaraq Şəxs borcunu tam ödəməmişdir. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərəfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs dəfələrlə borcunu ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqların verilməsinə baxmayaraq, borclu tələbi icra etməmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə yanaşı, iş üzrə göstərilən tələbi də icra etməkdən boyun qaçırmışdır. Bu günə borclu Şəxs ümumi borcu 3240 manat təşkil edir. Belə ki, Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzər İcra İdarəsindən zəruri icra tədbirləri görülmüş və bununla da borlcu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X9 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs çıxışında işləmədiyindən heç bir ödəniş edə bilmədiyini bidirmişdir. Məhkəmə iclasında tələbkar X7 çıxışında borcun tam şəkildə ödənilməsini tələb etmiş, əks halda Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Gəncə şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-5165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədində əsasən icraatın başlanılması və borclu Şəxs göstərilən tələbi könüllü icra etməsinin təmin edilməsi qərara alınmışdır. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli izahatında borclu Şəxs bu günə qədər məhkəmə qərarından xəbərsiz olduğunu və xx.xx.2023-cü il tarixdən indiyədək yaranmış aliment borcunun bir qismini ödəyəcəyi barədə öhdəlik götürmüş və ödəməcəyi halda inzibati öhdəliyi üzərinə götürəcəyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqına” qərarın surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs Gəncə şəhər üzrə İcra İdarəsinə üzürsüz səbəbdən gəlmədiyi üçün onun barəsində məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi barədə aidiyyəti məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli ərizəsində tələbkar X6 bildirmişdir ki, bu günə borclu Şəxs 1440 manat cəmi aliment borcu var və heç bir ödəniş etmir. - “borclunun ünvanda yaşamaması haqqında” xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şəxs qeyd edilən Gəncə şəhəri, Üşinski küç.,1A, 13 ünvanında yaşamadığı müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. - xx.xx.2023-cü il tarixli ərizəsində tələbkar X6 bildirmişdir ki, borclu Şəxs bu günə kimi heç bir ödəniş etməyib. - xx.xx.2024-cü il tarixli izahatında borclu Şəxs bildirmişdir ki, bu günə 1800 azn aliment borcu var və borcu bağlaya bilmir. - “borclunun ünvanda yaşamaması haqqında” xx.xx.2024-cü il tarixli aktından görünür ki, Şəxs qeyd edilən Gəncə şəhəri, Üşinski küç.,1A, 13 ünvanında yaşamadığı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs tələbi icra etmək üçün 5 (beş gün) müddətində vaxt verilmiş və icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli izahatında borclu Şəxs bildirmişdir ki, maddi imkanının olmadığından bu günə olan borcundan heç bir ödəniş edə bilmir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar