Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3174/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Avtozavod yolu yaşayış sahəsi, məhəllə B-1, S-6 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Fərman İmamquliyev küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Fərman İmamquliyev küçəsində içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bununla da o, İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçimüfəttişi X3 tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X2 protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd edilən əməlin həqiqətən də Şəxs tərəfindən törədildiyini və buna görə də şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, protokolda qeyd edilən əməl həqiqətən də onun tərəfindən törədilmişdir. Lakin o, törətdiyi əməlin qanun pozuntusu olmasını bilməmişdir və hazırda əməlindən peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, F.İmamquliyeva küçəsində xx.xx.2024-cü il tarixdə tərəflərindən istismara verilməmiş kanalizasiya xəttinə qanunsuz qoşulmalarla bağlı araşdırma aparılarkən həmin küçədə yaşayan Şəxs və digərləri tərəfindən həyətyanı yaşayış sahələrində formalaşan içməli məişət, texniki və tullantı sularını qeyd olunan istismara verilməmiş kanalizasiya xəttinə axıtdıqları müəyyən edilmiş, həmin şəxslər bu pozuntunu yaxın müddətdə aradan qaldıracaqlarını bildirsələr də yazılı izahat verməkdən imtina etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Gəncə şəhər Sukanal İdarəsinin rəhbərliyi, Sizin 3-14-49/2- 547/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq bildirir ki, Gəncə şəhərinin su təchizatı sistemi və kanalizasiya şəbəkəsinin layihələndirilməsi və tikintiquraşdırma işləri “Açıq Kommunal İnfrastruktur Proqramı İİ” layihəsi çərçivəsində Azərbaycan Hökuməti maliyyə dəstəyi ilə həyata keçirilir və tikinti işləri texnoloji ardıcıllıq nəzərə alınmaqla aparılır. Nəzərinizə çatdırırıq ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Fərman İmamquliyev küçəsində layihəsi çərçivəsində su təchizatı sistemi və kanalizasiya şəbəkəsi layihələndirilməsi və tikinti-quraşdırma işləri həyata keçirilmişdir. Lakin tikintiquraşdırma işləri aparılan zaman küçənin bir hissəsində kanalizasiya şəbəkə xətti vətəndaşın şəxsi mülkiyyətində olan ərazidən keçdiyi üçün kanalizasiya xəttini tamamlamaq mümkün olmamışdır və hal-hazırda istismara verilməmişdir. Cavadxan qəsəbəsi, Fərman İmamquliyev küçəsində kanalizasiya şəbəkəsinin tamamlanması üçün vətəndaşın mülkiyyətindən keçəcək məsafənin satın alınmasına görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-in nümayəndəsi tərəfindən yerində baxış keçirilmiş və mülkiyyətçi ilə danşıqlar aparılmışdır. Məlumat üçün bildiririk ki, vətəndaşın mülkiyyətindən kanalizasiya xətti keçən hissəsində torpaq sahəsinin satın alınması işləri yekunlaşdıqdan sonra yarımçıq qalmış kanalizasiya şəbəkəsinə birləşdirmə veriləcəkdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını nəzərə alaraq inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3174/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3174/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver