Məhkəmə qərarları › İş №3(125)-320/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-320/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-320/2022 29.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 16 sentyabr 2020-ci il tarixli **********0 saylı icra vərəqəsinə əsasən Şəxs 700 manat məbləğində pul vəsaiti tələbkarın hesabına və icra xərcinin alınması haqqında qərara əsasən isə 49 manat icra xərci tutularaq Gəncə şəhəri üzrə İcra İdarəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borc məbləğinin ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X2 bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 16 sentyabr 2020-ci il tarixli **********0 saylı icra sənədinin icrası ona tapşırılmışdır. İcra sənədi qanuna müvafiq olaraq icraata qəbul edilmiş və icraata başlanılmış, icra hərəkətləri həyata keçirilmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunvericiliyin tələbləri izah edilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Şəxs adına heç bir əmlak mövcud deyildir. Bu səbəbdən də borclu Şəxs barəsində 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 16 sentyabr 2020-ci il tarixli **********0 saylı icra sənədinə əsasən ondan 700 (yeddi yüz) manat tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının hesabına verilməlidir. O, qeyd edilən icra sənədi ilə razı deyil. Belə ki, onun himayəsində sağlamlıq imkanları məhdud oğlu vardır. Ona təyin olunmuş aylıq pul təminatı oğluna əlilliyin təyini ilə bağlı verilmişdir. O da öz növbəsində oğluna gündəlik qulluq göstərdiyinə görə pul təminatının almışdır. Lakin əlilliyin qeyri-qanuni hesab edilməsindən sonra həmin anadək alınmış pulları qaytarmaq məcburiyyətində deyil. Belə ki, onun nə əlilliyin təyini nə də qeyri-qanuni hesab edilməsində heç bir rolu yoxdur. O yalnız himayəsində sağlamlıq imkanları məhdud oğluna qulluq göstərmişdir. İcra məmurunun tələbinə etiraz edir. Barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun ifadəsini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 16 sentyabr 2020-ci il tarixli **********0 saylı icra sənədinə əsasən Şəxs 700 (yeddi yüz) manat tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının hesabına verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlamaq haqqında” 30 noyabr 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 16 sentyabr 2020-ci il tarixli **********0 saylı icra sənədi icraata qəbul edilmiş və icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, bildirişin surəti borclu Şəxs təqdim edilmiş, xəbərdarlıq göndərilmiş, icra sənədinin icrası ilə əlaqədar Şəxs izahat alınmışdır. İş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə borclu Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanı törətmiş şəxsin himayəsində gündəlik qulluğa ehtiyacı olan oğlunun olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati cərimə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar