Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3206/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 noyabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6207/2023 saylı məktubu ilə tələb edilən tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin direktoru Namiq Həsənov ifadə verərək bildirmişdir ki, cəmiyyət 2012-ci il tarixdən fəaliyyətini dayandırıb və 2016-cı ildən isə ləğv etmə prosesindədir. Bununla bağlı Mərkəzi Banka məktub göndərilmişdir. Hal-hazırda həmin sahədə “Gənclər Parkı” salınmış və hazırda balansında hər hansı bir əmlakın olmadığını bildirmişdir. Sonda isə, o, inzibati xəta haqqında protokolun tamamilə əsassız və qanunsuz olmasını qeyd edərək barəsində inzibati iş üzrə icaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AR iqtisadiyyat nazirliyi yanında Dövlət Vergi xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, "xxxx" ASC vergi ödəyicisi olan hüquqi şəxs olmuşdur. (VÖEN:**********). İş materiallarında olan hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlandığı məktubdan görünür ki, 2012-ci ildən fəaliyyətinin dayandırılması barədə məlumat vermişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları 2012-cı il tarixdən dayandırılmış və bunun məntiqi nəticəsində də Açıq Səhmdar Cəmiyyət həmin tarixdən faktiki heç bir fəaliyyətlə məşğul olmamış, buna görə də faktiki fəaliyyət göstərməmiş, səhmdarların ümumi yığıncağı təşkil edilməmiş və nəticədə də heç bir səhmdar növbəti yığıncağa çağırılmamışdır, habelə həmin cəmiyyətin fəaliyyətinin dayandırılması barədə məlumat Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən isə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, hüquqi şəxs Şəxs ASC 2012-ci il tarixdən rəsmi qaydada fəaliyyətini dayandırdığından həmin Açıq Səhmdar Cəmiyyətində heç bir ümumi yığıncaq təşkil olunmamış, buna görə də heç bir səhmdar əsaslı olaraq ümumi yığıncağa çağırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin əməlində inzibati xəta hadisəsi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3206/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3206/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver