Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3213/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, hakim Xanməmmədova Liza Əliəşrəf qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilir; 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir; 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir; 100.1.10-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir; İş materiallarına əlavə edilmiş Şəxs 3-cü PB-nə ünvanladığı izahatından görünür ki, o çıxarılan qərarla razılaşmır. Şəxs izahatda göstərir ki, Daş körpü dairəsinə dönərkən ondan qabaqda olan iki maşın önünü kəsərək, maşından düşüb ona yaxınlaşaraq nalayiq ifadələr işlətmiş, “Bu nece maşın sürməkdir” demişlər. O, maşında qadın olduğunu görüb uzaqlaşmaq istəsə də, qadın da maşına yaxınlaşaraq “Sənin başına oyun açaçağam” deyərək onu hədələmişdir. Ətrafdakı insanlar onları sakitləşdirib uzaqlaşdırmışlar. Şəxs qeyd etmişdirki, həmin ərazidə 3 kamera var. Eyni zamanda orada çoxlu sayda işləyən və yaşayan insanlar hadisəyə şahid olmuşlar. Təqsiri olmadığı halda onu şərlədiklərini bildirmişdir. İş materiallarından görünür ki, protokolda inzibati xətanın törədilməsi nəticəsində dəyən ziyan barəsində ekspert rəyi yoxdur. Həmçinin, inzibati araşdırma zamanı sahə rəisi zərərin ödənilib-ödənilməməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə edib-etməməsi, sonuncuya qarşı şikayət və tələbinin olub-olmaması məsələsini araşdırmamışdır. Belə olan halda isə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmə mümkün olmamışdır. Bundan əlavə, toplanmış inzibati xəta haqqında baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarında ekspert rəyi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən sahə rəisi zərərin ödənilib-ödənilməməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə edib-etməməsi, sonuncuya qarşı şikayət və tələbinin olub-olmaması məsələsini və mövcud natamamlıqları işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında material Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə geri qaytarılsın. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3213/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3213/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver