Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3214/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəsatətinə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1700 (min yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət keçdikdən sonra Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi qeyd edilən qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair vəsatət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 10 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin həmin qərardan verdiyi şikayət və müddətin bərpasına dair vəsatət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsinə dair buraxılmış müddətin bərpasına dair Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəsatətinə baxılmasından imtina edilməli və Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1700 (min yeddi yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəsatətinə baxılmasından imtina edilsin. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3214/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3214/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver