Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3218/2024 07.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, protokollar tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN 1996631, MN 1996632, MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan X6 məxsus 200 manat pulun onlayn yolu ilə dələduzluq qaydada ələ keçirib mənimsənilməsi nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonu, Bağmanlar kəndində yaşayan X7 məxsus 143 manat pulu dələduzluq yolu ilə ələ keçirib mənimsənilməsi nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 16 iyul 2024-cü il tarixdə Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan X9 məxsus 260 manat pulu dələduzluq yolu ilə ələ keçirib mənimsənilməsi nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 08 iyul 2024-cü il tarixdə Gəncə şəhəri, DOS 107, bina 107, mənzil 38-də yaşayan X2 məxsus 100 manat pulu dələduzluq yolu ilə ələ keçirib mənimsənilməsi nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokollar tərtib etmiş Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş xırda talama əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, fərdi əməklə məşğuldur. Maddi vəziyyəti yaxşı olmadığı üçün müxtəlif vaxtlarda tanımadığı şəxsləri aldadaraq dələduzluq yolu ilə onlara məxsus olan pul vəsaitlərini ələ keçirib mənimsəmiş, yəni o, taksi şirkətlərinə mobil telefon vasitəsi ilə zəng edərək, onlara sifariş verərək yalan ünvanlar qeyd edərək gəlmələrini bildirdikdən sonra onlara onlayn qaydada pul göndərməklərini bildirdikdən sonra gələcəkləri təqdirdə onların pulunu və gediş haqlarını ödəyəcəyini bildirmişdir. Bununla da vətəndaşların etibarını qazanaraq bir neçə şəxsi aldatmışdır. Barəsində 4 faktla tərtib edilmiş inzibati xəta hadisələrində özünü tam təqsirli bilir. Həmin inzibati xətanın hamısını özü etmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Zərərçəkmişlərə vurduğu zərəri ödəməmiş və aralarında barışıq əldə olunmamışdır. Bundan başqa eyni xətalara yol verdiyinə görə Gəncə Şəhər Məhkəməsinin 17 avqust 2024-cü il tarixli qərarına əsasən 20 epizod üzrə İXM-in 227-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətinə inzibati həbs edilmişdir. Əməlindən peşiman olmaqla barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan inzibati material üzrə işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən X7 153 manatlıq dələduzluq yolu ilə maddi ziyan vuran naməlum şəxs və ya şəxslərin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin şəxs və ya şəxslərin barəsində inzibati icraat açılması üçün qərarın surəti aidiyyəti üzrə 2-ci PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 25 dekabr 2023-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırılmanın aparılması” haqqında qərardaddan görünür ki, Samux rayonu, Bağmanlar kəndində yaşayan X7 məxsus ümumilikdə 143 manat məbləğində pulu naməlum şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. 29 iyul 2024-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması” haqqında qərardaddan görünür ki, Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan X8 məxsus ümumilikdə 260 manat məbləğində pulu naməlum şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. 24 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. 03 sentyabr 2024-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi” haqqında qərardaddan görünür ki, Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan X6 məxsus 200 manat pulun dələduzluq yolu ilə ələ keçirmiş şəxsin ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Şəxs olmasının müəyyən edildiyi üçün dayandırılmış inzibati icraatın təzələnməsi və hadisəni törədən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 99-cu və 100-cü maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. 10 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. 26 aprel 2024-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” qərardaddan görünür ki, Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan X6 məxsus ümumilikdə 200 manat məbləğində pulun ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 22 fevral 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, 21 dekabr 2023-cü il tarixdə Samux rayonu, Bağmanlar kəndində yaşayan X7 məxsus 143 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi üzrə İXM-in 227-ci maddəsi ilə olan iş üzrə icraat dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 26 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, 01 aprel 2024-cü il tarixdə Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan X6 məxsus 200 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi üzrə İXM-in 227-ci maddəsi ilə olan iş üzrə icraat dayandırılmışdır. 03 sentyabr 2024-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi” haqqında qərardaddan görünür ki, Samux rayonu, Bağmanlar kəndində yaşayan X7 məxsus 143 manat pulun dələduzluq yolu ilə ələ keçirmiş şəxsin ünvan 1-da qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Şəxs olmasının müəyyən edildiyi üçün dayandırılmış inzibati icraatın təzələnməsi və hadisəni törədən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 99-cu və 100-cü maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. 03 sentyabr 2024-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi” haqqında qərardaddan görünür ki, Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan X6 məxsus 200 manat pulun dələduzluq yolu ilə ələ keçirmiş şəxsin ünvan 1-da qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Şəxs olmasının müəyyən edildiyi üçün dayandırılmış inzibati icraatın təzələnməsi və hadisəni törədən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 99-cu və 100-cü maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 3(25)-2944/2024 nömrəli, 17 avqust 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 227-ci maddəsinin sanksiyası həddində, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilməsi qərara alınmışdır. 21 iyul 2024-cü il tarixli, ********** nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması” haqqında qərardaddan görünür ki, Gəncə şəhəri, DOS-107,bina 107, mənzil 38-də yaşayan X2 məxsus 100 manat pulun dələduzluq yolu ilə ələ keçirən ünvan 1-da qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati qaydada araşdırma aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İnzibati xəta haqqında protokolların məzmunundan və Şəxs verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini İXM-ın 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən halın olmamasını, məsuliyyəti ağırlaşdıran halın isə olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər dörd protokol üzrə ayrı-ayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 07 sentyabr 2024-cü il tаrixdən, saat 12:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə və MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati tənbeh növündə həbs edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 03 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs hazırda inzibati qaydada həbsdə olması nəzərə alınmaqla, hazırkı iş üzrə həbsdə sаxlаmа müddətinin əvvəli 07 sentyabr 2024-cü il tаrixdən, saat 12:50-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X10 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-3218/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3218/2024
07.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver