Məhkəmə qərarları › İş №3(125)-322/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-322/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-322/2022 01.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 16 aprel 2022-ci il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon, bina 24, mənzil 81də yaşayan X6 yaşadığı binanın dəhlizindən X9 məxsus su sayğacını oğurlamaqla 50 manat məbləğində, Şəxs 17 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X5 yaşadığı binanın dəhlizindən ona məxsus su sayğacını oğurlamaqla 50 manat məbləğində, Şəxs 07 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X13 yaşadığı binanın dəhlizindən ona məxsus su mühərrikini oğurlamaqla 50 manat məbləğində, Şəxs 07 iyul 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X19 yaşadığı binanın damından ona məxsus su çənini və hidrofonun ehtiyat hissələrini oğurlamaqla 90 manat məbləğində, Şəxs 27 aprel 2022-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X10 yaşadığı binanın dəhlizindən ona məxsus su sayğacını oğurlamaqla 60 manat məbləğində, Şəxs 02 may 2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan X7 evinin hamamının üzərindən 1 ədəd 400 manat dəyərində su çəni və 1 ədəd 80 manat dəyərində hovuz qapağını oğurlamaqla, ümumilikdə 480 manat məbləğində, Şəxs 13 may 2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, bina 23, mənzil 3-də yaşayan X3 məxsus 1 ədəd velosipedi binanın dəhlizindən oğurlayıb, 180 manat məbləğində ziyan vurmaqla, xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı,xx.xx.2022-ci il tarixli, MN ******* saylı və xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Gəncə şəhəri BPİin 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis mayoru X4 çıxış edərək bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından hər yeddi material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətaları törətməsini etiraf edərək bildirdi ki, onun barəsində tərtib edilmiş protokolda göstərilən əməlləri o, anasının xəstəliyi ilə əlaqədar maddi ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır və maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 26 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X9 məxsus olan, 1 ədəd dəyəri 50 manat olan su sayğacının oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 22 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X8 məxsus olan, 1 ədəd dəyəri 50 manat olan su sayğacının oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 15 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X17 məxsus olan, 1 ədəd dəyəri 50 manat olan su mühərrikinin oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 16 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X20 məxsus olan, 1 ədəd dəyəri 80 manat olan dəmir su çəninin və 1 ədəd dəyəri 10 manat olan hidrofonun ehtiyat hissələrinin oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 30 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, X14 məxsus olan, 1 ədəd dəyəri 60 manat olan su sayğacının oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 12 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, X11 məxsus olan, 1 ədəd dəyəri 400 manat olan su çəninin və 1 ədəd dəyəri 80 manat olan hovuz qapağının oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısının 20 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus olan, 1 ədəd dəyəri 180 manat olan velosipedin oğurlanmasına görə cinayət işinin başlanması rədd edilmişdir. Göstərilən qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokollardakı əməlin törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа” hаqqındа xx.xx.2022-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:45-də inzibаti qаydаdа tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 10:35-də azad edilmişdir. Məhkəmə iş üzrə inzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs ona istinad olunan inzibati xətaları yuxarıda göstərilən protokollar üzrə müvafiq olaraq 16 aprel 2022-ci il tarixdə, 17 aprel 2022-ci il tarixdə, 07 aprel 2022-ci il tarixdə, 27 aprel 2022-ci il tarixdə törətmiş, 26 aprel 2022-ci il tarixli, 22 aprel 2022-ci il tarixli, 15 aprel 2022-ci il tarixli və 30 aprel 2022-ci il tarixli qərarlarla baş vermiş hadisələrdə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şəxs ona istinad olunan inzibati xətaları 16 aprel 2022-ci il tarixdə, 17 aprel 2022-ci il tarixdə, 07 aprel 2022-ci il tarixdə, 27 aprel 2022-ci il tarixdə törətmiş, 26 aprel 2022-ci il tarixli, 22 aprel 2022-ci il tarixli, 15 aprel 2022-ci il tarixli və 30 aprel 2022-ci il tarixli qərarlarla baş vermiş hadisələrdə cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokollar isə məhkəməyə 01 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarların qəbul edildiyi gündən hazırki inzibati xəta haqqında protokolların məhkəməyə təqdim edildiyi günədək üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN 1382079, saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokollar üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına, həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı və xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal onun səmimi peşmançılığıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM 32.1.1-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər protokol üzrə ayrı-ayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə və xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) ay 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək inzibati qaydada tutulduğu 2 (iki) gün İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati həbs müddətinə daxil edilsin, inzibati qaydada tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) ay 20 (iyirmi) gün inzibati həbs müddətindən çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) ay 18 (on səkkiz) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsdə sаxlаmа müddətinin əvvəli 01 avqust 2022-ci il tаrixdən, saat 15:45-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X18 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar