Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-322/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs Qarayeva (Sultanova) Xanım İlham qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, 3 mikr., bina 7 mənzil 61 saylı ünvanda yaşayan Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 11.000 (on bir min) manat alınıb X5 xeyrinə ödənilməsi qət edilmişdir.Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs bildiriş təqdim edilmiş, borclunun müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar verilmiş, izahatı alınmış, borcun ödənilməsi tələb edilmiş, lakin qalıq borcu ödəyə bilməyəcəyini bildirmişdir. Hal-hazırda 6.000 manat borcu var.Borclu Şəxs sözügedən icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində inzibati qydada cərimə edilmiş və görülmüş tədbirlərə baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Bununla da dövlətin adından çıxarılmış məhkəmə qərarının icrasını təmin etmək mümkün olmur və tələbkarın haqlı şikayətlərinə səbəb olur. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolu müdafiə edib Şəxs barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu birdəfəyə ödəyə bilmədiyini, bankdan kredit götürüb borcundan 5000 manat ödəniş etdiyini, qalan pulu da mülkiyyətində olan evini satışa çıxarıb onun satışından sonra ödəyəcəyini bildirmişdir. Sonda o, barəsində aparılan inzibati icraatın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qarayeva (Sultanova) Xanım İlham qızı bildirdi ki, borclunun evinin dəyəri 50 min manat olduğu halda, satışa daha baha çıxartdığı üçün satılmır. Borclunun həbs olunmasının ona heç bir faydası yoxdur. Sonda o, borclunun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1624/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - 2(104)-1624/2022 nömrəli xx.xx.2022-ci nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(043)-2607/2021 nömrəli qətnaməsi “Hyundai Accent” markalı, ** BD *** qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri olan 14000 manatın yarısı 7000 manat cavabdeh Şəxs alınaraq iddiaçı X6 verilməsi hissəsində dəyişdirilməsi, həmin hissədə cavabdeh Şəxs 5000 manat alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Apellyasiya Məhkəməsinin 2(104)-1624/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədini icraatına qəbul etmişdir. - Borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatlardan görünür ki, onun borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Mülkiyyətində olan evini satıb borcunu ödəyəcəkdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-1333/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-1333/2023 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində X7 adında xx.xx.2017-ci il təvəllüdlü uşağı var. İş materiallarından görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıq və sonuncu xəbərdarlıq təqdim edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-1333/2023 nömrəli qərarı ilə inzibati tənbeh aldıqdan sonra maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan bir dəfə ödəniş edərək icra sənədindən yayınmadığı fikri formalaşdırmağa çalışmışdır. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcundan hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Barəsində icraat aparılan şəxsin himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-322/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-322/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver