Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3220/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN BNMİ QBRŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu, İstibulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olub Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə 06 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 06 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdardan az-0,26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN BNMİ QBRŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, hazırda fəhlə işləyir. 2021-ci ildə oğurluq etmiş və buna görə məhkəmənin hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 3-4 ay olar ki, narkotik vasitədən istifadə edir. Lakin, o narkotik vasitələrin satışı ilə məşğul olmur. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üstü yoxlanılan zaman üzərindən 0,26 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 16/947 nömrəli, 06 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,26 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 1504 nömrəli rəydən görünür ki, narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BNMİ QBRŞ-yə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli 06 sentyabr 2024-cü il tarixdən, saat 17:50dən hesablanmalıdır. Həmçinin, iş üzrə Şəxs üzərində aşkar olunmuş və tədqiqata sərf edildikdən sonra yerdə qalan 0,24 qram narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 sentyabr 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. İş üzrə Şəxs üzərində aşkar olunmuş və tədqiqata sərf edildikdən sonra yerdə qalan 0,24 qram narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-3220/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3220/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver