Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3228/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair X1 vəsatətinə baxaraq, müəyyən etdim: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət keçdikdən sonra X3 qeyd edilən qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair vəsatət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən İXM-nin 126-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Bundan başqa Azərbaycan Respublikası 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, həmin qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 10 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, X1 həmin qərardan verdiyi şikayət və müddətin bərpasına dair vəsatət xx.xx.2024-ci il tarixdə məhkəmənin icraatına verilmişdir. Qeyd edilməlidir ki, X3 ərizəsində 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarın surətini ona rəsmi göndərilmədiyinə görə xx.xx.2024-cü il tarixdə sözügedən orqana müraciət etməsini qeyd etsə də, həmin müraciəti təsdiq edən hər hansı sənədləri ərizəyə əlavə etməmişdir. Beləliklə, buraxılmış prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar ərizəyə əlavə edilmədiyi üçün müddətin ötürülməsinin səbəbi üzrlü olması müəyyən edilmir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətin verilməsinə dair buraxılmış müddətin bərpasına dair X1 vəsatətinə baxılmasından imtina edilməli və X2 inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinə baxılmasından imtina edilsin. X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3228/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3228/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver