Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3240/2025 22.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 10 saylı X1 nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 10 saylı X2 tərəfindən tərtib edilmiş protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Gülüstan massivində xx.xx.2025-ci il tarixədək Gəncə şəhərinin içməli su şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti 10 saylı X1 nümayəndəsi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirdi ki, su sayğacını özbaşına olaraq çəkməmişdir, həyat yoldaşı idarəyə müraciət edərək su sayğacının quraşdırılmasını xahiş etmişdir ki, sayğac üzrə ödənişlər etsin. İdarədə verdiyi izahata qol çəksə də, orada yazılanlardan məlumatlı olmamış, izahat öz xətti ilə yazılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, İdarədə mühəndis işləyir, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və həyat yoldaşı su sayğacının quraşdırılması üçün könüllü müraciət etmişdir. 10 saylı X1 30 iyul 2025-ci il tarixli, 0004 saylı Sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Gülüstan massivində qanunsuz qoşulma halı aşkar edilmiş, bununla bağlı akt tərtib edilmişdir. 2023-cü ilədək həmin ərazi üzrə sayğaclaşma həyata keçirilsə də, 2023-cü ildən sonra sayğacın quraşdırılması üçün evin mülkiyyət sənədinin olması zəruri hesab edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məxsus evin yerləşdiyi torpaq sahəsinə məxsus çıxarış olsa da, evə dair hüquqmüəyyənedici sənəd yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhəri, Avtozavod yolu, B2, məhəllə 7, sahə 25 ünvanında yerləşən, ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. - 12 avqust 2025-ci il tarixli, 7/11 nömrəli aktdan görünür ki, 10 saylı X1 xx.xx.2025-ci il tarixli, 0004 saylı sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Avtozavod yolu, B2, məhəllə 7, sahə 25 ünvanında qanunsuz qoşulma halı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. - 10 saylı X1 rəis müavini X10 tərəfindən qəbul edilmiş 12 avqust 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardad ilə 7/11 nömrəli, 12 avqust 2025-ci il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. - 26 avqust 2025-ci il tarixli, 002018 saylı aktdan görünür ki, 10 saylı X1 30 iyul 2025ci il tarixli, 0004 saylı Sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Gülüstan massivində qanunsuz qoşulma halı aşkar edilmişdir, içməli su xəttinə qanunsuz qoşulmuş plastik su borusunun diametri 25 mm-dir. Araşdırma zamanı qeyd edilən qanunsuz qoşulmanın həmin ünvanda yaşayan Şəxs tərəfindən həyata keçirildiyi və həmin şəxslə idarə arasında sudan istifadəyə dair icazə və sudan istifadə müqaviləsinin olmadığı aşkar edilmişdir. X11 yazılı izahatında 2023-cü ilədək şəxsi subarteziandan istifadə etdiklərini, həmin il şəxsi subartezian ləğv olunduqdan sonra həyat yoldaşına özlərini idarə işçiləri kimi təqdim edən şəxslər tərəfindən ağ su xəttinə birləşmə öhdəliklərini bildirilmişdir. Araşdırma müddətində Gəncə şəhər Sukanal İdarəsi 20 avqust 2025-ci il tarixli, 3-53-53-16/2-720/2025 nömrəli məktubunda vətəndaşın su xəttinə qeyriqanuni qoşulma edərək sudan qanunsuz istifadə etdiyini və izahatında qeyd etdiklərinin həqiqətdə öz əksini tapmadığını bildirmişdir. Həmçinin Şəxs yazılı izahatında 2023-cü ildə şəxsi subartezian ləğv olunduqdan sonra ərazidə işləyən işçilər tərəfindən ağ su xəttinə birləşmə verildiyini, lakin həmin işçiləri tanımadığını bildirmişdir. Gəncə şəhər Sukanal İdarəsi 25 avqust 2025-ci il tarixli, 3-53-53-16/2-746/2025 nömrəli məktubunda 216 manat dəyərində ziyan dəydiyini bildirmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 40-cı maddəsinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X9nın” 1.6-cı bəndinin tələblərinə riayət edilməmişdir. Akta ərazinin situasiya planı, fotoşəkillər, izahatlar və dəymiş zərərin hesabatı əlavə edilmişdir. - Azərbaycan Respublikası Dövlət X8 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Gəncə şəhər Sukanal İdarəsi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli, 3-53-3- 16/2-746/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Avtozavod yolu, B2, məhəllə 7, sahə 25 ünvanında yerləşən mənzilin mülkiyyətçisi qeyd olunan ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətindən müqaviləsiz qeyri-qanuni istifadə etdiyi üçün Azərbaycan Respublikası “X9”nın 4 nömrəli əlavəsinə əsasən ailə tərkibi statistik say göstərici 4 nəfər götürülməklə 240 m3 su təchizatı və tullantı sularından istifadəyə görə ümumilikdə 216 manat dəyərində 1 (bir) illik itirilmiş suyun və çirkab su xidmətinin hesabatının verilməsi məqsədəmüvafiqdir. - İş materiallarına Gəncə şəhəri, Avtozavod yolu, B2, məhəllə 7, sahə 25 ünvanına dair sxematik plan və fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və şahidin ifadəsi, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3240/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3240/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver