Məhkəmə qərarları › İş №3(125)-3244/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3244/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3244/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cü il tarixdə Tovuz rayonunun Mülkülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixi icra sənədinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Şəxs alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. O, borcundan fevral ayında 1000 (min) manat, iyul ayında 600 (altı yüz) manat, avqust ayında 220 (iki yüz iyirmi) manat, sentyabr ayında 300 (üç yüz) manat ödəniş etmişdir. Hazırda onun 970 (doqquz yüz yetmiş) manat aliment borcu vardır. Protokolun təmin edilərək barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun yoldaşı həbsxanadadır. Hazırda heç yerdə işləmir, maddi imkanı yoxdur. Bu günədək o, aliment borcundan fevral ayında 1000 (min) manat, iyul ayında 600 (altı yüz) manat, avqust ayında 220 (iki yüz iyirmi) manat, sentyabr ayında 300 (üç yüz) manat ödəniş etmişdir. O, borcunu ödəməkdən yayınmır. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, aliment borcunu hissə-hissə ödəyə bilər. Özünün inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 10 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 970 (doqquz yüz yetmiş) manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixi icra sənədinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, X3 xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 icraatına daxil olmuşdur. - xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 3(125)-654/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib, 500(beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, tərəflərin ifadələrindən görünür ki, barəsində icraat aparılan şəxs Şəxs aliment borcundan fevral ayından bugünədək 2120 (iki min yüz iyirmi) manat ödəniş etmişdir. Barəsində icraat aparılan şəxs tərəfindən edilmiş ödənişlər aylar üzrə müntəzəm xarakter daşımış, ödənişlərin məbləği aylıq ödənilməli olan məbləğlərdən çox olmuş, ödənilməli olan ümumi aliment borcunun azalmasına yönəlimişdir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin hərəkətlərində icra vərəqinin icrasında qərəzli yayınmaya yönəlmiş qərəz mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, icraat zamanı barəsində icraat aparılan şəxs öz borcundan fevral ayından bugünədək 2120 (iki min yüz iyirmi) manat ödəniş etmişdir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməllərində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar