Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3244/2025 27.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, zərərçəkmiş şəxs (tələbkar) X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 27 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhər Məhkəməsinin 2-708/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədinə əsasən X2 şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvanına köçürülməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru X10 borclu Şəxs müvafiq məhkəmə qətnaməsinin icrası ilə əlaqədar əvvəl tələbi yerinə yetirdiyini, daha sonra isə evin açarını dəyişdirdiyini, tələbkar şəxs X4 ünvan 1 ünvanında yerləşməsinə maneəçilik törətdiyini, hazırda isə sözügedən mənzilin başqa şəxsə satıldığını, bununla əlaqədar Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Əlavə olaraq ünvan 2 ünvanının hazırkı mülkiyyət hüquqlarının X9 məxsus olduğunu, həmin alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən ləğv edildiyini, lakin mülkiyyət hüququna dair çıxarışın ləğv edilmədiyini qeyd edərək, qəbul ediləcək qərarı məhkəmənin mülahizəni buraxmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, ünvan 2 xx.xx.2024-cü il tarixdə X1, Həmin mənzil satılan zaman tələbkarı qeydiyyatdan çıxarmışlar. O, qeyd etmişdir ki, hazırda mülkiyyətçi X12 olduğundan, protokol üzrə tələbi icra etməsi mümkün deyil. İfadəsinin sonunda İ qrup əlil olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X7 izahat verərək bildirdi ki, o, əvvəlcə ünvan 1 ünvanında köçürülmüş, ev balaca olduğundan baldızları Şəxs və Alıyevə Afət ilə aralarındakı razılığa əsasən evdən öz istəyi ilə çıxmışdır. Bir müddət sonra isə Şəxs və X14 onu qeydiyyatdan çıxarıb evi başqa şəxsə satmışlar. O, bildirmişdir ki, xx.xx.2024-cü il tarixli Gəncə İnzibati Məhkəməsinin qərardadına əsasən yenidən ünvan 1 ünvanına yenidən qeydiyyata alınmışdır. Hazırda mənzilə köçürülməli və istifadə hüququ tanınmalıdır. İfadəsinin sonunda protokolun təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2-708/2005 nömrəli xx.xx.2005ci il tarixli icra sənədinə əsasən X5 icarəçi X3 adına olan Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1, mənzil 2-də yaşayış hüququ verilməsi və onun iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi, Abbasovaya sanitar qovşağından, mətbəxindən istifadə hüququ verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2-708/2005 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-708/2005 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsinin mətnində “Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1, mənzil 2” yazısının “ünvan 1” kimi oxunması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrındən çıxarışından görünür ki, hazırda ünvan 2 X8 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Çünki məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və iş materiaları ilə müəyyən olunur ki, hazırda ünvan 2 ünvanı X8 mülkiyyəti olduğundan Şəxs icra sənədi üzrə tələbin üzrsüz səbəbdən icra edilməməsində təqsirkar deyildir. Belə ki, mülkiyyət hüququnu təsdiq edən çıxarış X9 məxsusdur və hazırkı icra vərəqi üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun hər hansı qanuni tələbini yerinə yetirilməməsinə görə hər hansı məsuliyyətə cəlb edilə bilməz. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(708)- 708/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsində Şəxs təqsirli olması sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin aşağıdakı madələrinə əsasən: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 53, 105, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmmədova
Məhkəmə qərarları › İş №3(125)-3244/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3244/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver