Məhkəmə qərarları › İş №3(125)-3245/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3245/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3245/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, X3 X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası X3 X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Vəli Xuluflu küçəsində “Avto house” adlı obyektin sahibkarı Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında ADRA X6 İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, “Avto house” adlı obyektinin sahibkarı Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, ADRA X6 İdarəsinin nümayəndələri onun işlətdiyi obyektə gəlmiş, orada yazıda dil tələbinin böyük olduğunu, göstərişlərə əməl olunmadığını deyib həmin yazıları sökmüşlər və o, həmin vaxt 80 manat cərimə ödəmişdir. Həmin vaxt onlar digər yazılara irad bildirməmişlər əgər bildirmiş olsalardı o, həmin yazıları da sökərdi. Sonda o, inzibati xəta törətmədiyini barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası X3 X6 İdarəsinin Şəxs ünvanladığı açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstərişdən görünür ki, Gəncə şəhəri Vəli Xuluflu küçəsində “Avto house” adlı obyektdə yerləşdirilmiş və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.8-ci maddəsinə əsasən icazə alınması tələb olunmayan reklamın 5 gün müddətində adıçəkilən Qanunun və digər qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması tələb olunmuşdur. İşdə olan 27 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə bildirişdən görünür ki, sahibkar Şəxs Gəncə şəhəri Vəli Xuluflu küçəsində “Avto house” adlı obyekt üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 11-3-3/2- 1465/2023 nömrəli yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq bu günədək onun tərəfindən icazə alınmamış və qanunla müəyyən edilmiş yayım haqqını ödəməmişdir. O, Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 947 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən 1,5 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 1060 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən təqdim olunan 06 oktyabr 2023-cü il tarixli 11-3-3/2-1465 nömrəli icrası məcburi olan yazılı göstərişin (açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə) tələblərini icra etməyərək, Vəli Xuluflu küçəsi, ev 71 ünvanında 1,5 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 13 noyabr 2023cü il tarixli, 1201 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2023-cü il tarixə, saat 10:00-a inzibati protokol tərtib olunması üçün X6 İdarəsinə dəvət olunsa da, o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir. Sahibkar tərəfindən 1,5 m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan İnternet vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi olan fiziki şəxsdir (VÖEN **********), buna görə o, vəzifəli şəxs hesab olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərər alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar