Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3263/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 23 Avqust 2024-cü il tarixli EQ 23159572 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmin qərara əsasən İXM-nin 346.4-cü maddəsi ilə yolun hərəkət hissəsinin İİ və daha sonrakı zolaqlarında saxlama və durmaya görə 80 (səksən) manat və 2 bal cərimə tətbiq olunub. Bildirir ki, “Mercedes Benz kraysler” markalı (1997-ci il buraxılış) dövlət qeydiyyat nişanı **-CK-*** nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüquqi əsasında özünə məxsusdur və həmişə özü tərəfindən istismar edilir. Tərtib olunan protokol ilə razı deyil: ona görə ki, həmin pozuntu (əgər buna pozuntu demək mümkündürsə) "təhlükəsiz şəhər” kamerası ilə qeydə alınıb. Bu da yolverilməzdir. İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vəsaitin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin ərazi bir hərəkət hissəsindən 4 zolaqdan ibarətdir. Hərəkət hissəsinin kənarında sağ tərəfdə genişləndirilmiş sahə var ki, bu da yolun hərəkət hissəsinə aid deyildir. Yol hərəkət haqqında qanunda Yolun hərəkət hissəsi-yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Yol hərəkət haqqında qanunun 52-ci maddəsində nizamla vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, yolun sağ tərəfində yol çiynində, yol çiyni olmadıqda isə hərəkət hissəsinin kənarında bir cərgədə dayanmağa durmağa icazə verilir. Həmin genişlənmiş ərazi yoldan üç kubik hündürlükdə hörülmüş, piyada yolu və nəqliyyat vasitələrin girişi üçün belə şərait yoxdur. Qanunla isə genişlənmiş sahədə nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel olaraq durmalı, birinci zolaqda hərəkət edən, duran və piyadaların hərəkətinə mane olmamalıdır. M.Bağırov küçəsində isə bu tələblərin heç birinə riayət edilmir. Təhlükəsiz şəhər kamera görüntüsündən isə, qeyri qanuni olaraq yalnız cərimə məqsədi ilə istifadə olunubdur. Yol hərəkət haqqında qanunun 61-ci maddəsində yol hərəkətinin nizamlayıcı əsas vəsaiti yol nişanlarıdır. Əfsuslar olsun ki, həmin ərazidə heç bir yol nişanı, yol örtüyün xətlənməsi yoxdur. Dayanma, durma protokolu tərtib olunduqda nəqliyyat vasitə arxadan, qeydiyyat nömrə nişanı və nişanın tələbi əks olunmaqla və qarşı tərəfdən sürücünün vəziyyəti müəyyən olunmaqla görüntüsü olmalıdır. Uğursuz əməliyyatda isə atayla oğlu səhv salıblar. Qərarı oğlunun adına yazıblar. Geçə çağırışlarına və s. tədbirlərə həyacan siqnalı ilə çağrıldıqda istifadə etməsi üçün ona iki il öncə sürmək üçün etibarnamə vermişdir. Aprel 2024-cü ildən öz maşını olduğundan heç bir dəfə də olsun onun mülkiyyətində olan **-CK-*** nömrəli nəqliyyatdan istifadə etməyib. Hər gün eyni vaxta eyni marşurutla səhər saat 08:30-da yoldaşını MKXya işə düşürüb H.Əliyev 157 öz işlədiyi yerə axşam saat 17-dən sonra yoldaşını qarşılayıb evə hərəkət edib. 23 Avqust ilin ən isti günü kimi Gəncədə qeyd olunub. Həmin gün 37-38 rəsmi deyilsədə hədsiz isti və dözülməz idi. O, insulin asılı olmayan şəkər xəstəsi və qipertonikdir. Hər gün dərman qəbul edir. İşdən həyat yoldaşı ilə evə gedirdilər. Bazarətrafı Nizami küçəsi və Mərkəzi ATS-ə qədər addım-addım, siqnal səsləri, qanun pozuntuları və.s müşaiəti ilə ATS qarşısına çatmış, maşınlara ehtiyyat hissələri satılan cərgəni 3-4 dəqiqəyə zorla keçmişlər. M.Bağırov və D.Qorqud küçələrinin kəsişməsində qarşısına üzərində metal-plastik su boruları yüklənmiş ağ rəngli 2107 maşını çıxaraq və dərhalda yolun sağına çıxaraq dayanmışdır. Bu manevr nəticəsində hərəkətlənən borular az qala maşınına yoldaşı oturan qabaq hissədən çırpılaydı. Bu zaman o, həyacan keçirmiş, səhhəti pisləşmişdir. ”Buta” Aptekin qarşısında saxlayaraq dərman qutusundan karvalol damcısını qəbul etmiş ancaq əzələlərinin qıclığı getməmişdir. Yoldaşına aptekdən platifillin almasını və təcili inyeksiya vurmasını tələb etmiş, iynə vurulduqdan sonra isə nisbətən sakitləşmiş və yoluna davam etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X2 həmin tarixdə “Mercedes Benz kraysler” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozmuş və nəticədə İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş və inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən hər hansı bir sübut və ya videogörüntü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli qərarla X1 İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23159572 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3263/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3263/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver