Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3270/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21.11.2*23-cü il tarixli, **9**-**165/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan "xxxx" (Vöen: 23***83591) MMC-nin ünvanına Rusiya Federasiyasından 1 (bir) dartıcı ilə 95727822 və 95725867 nömrəli 2 (iki) vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn “ərzaq buğdası” yükü *7.11.2*23-cü il tarixli *1231***45573* nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Gömrük orqanı tərəfindən qeyd olunan bəyannamə üzrə yük risk qrupuna salınmış, belə ki, yükə və MMC-nin fəaliyyət sahəsinə baxış keçirilməsi üçün gömrük əməkdaşları MMC-nin ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin bəyannamənin gömrük orqanında buraxılışı təsdiq edilməmiş "xxxx" MMC-nin ünvanına 2 (iki) vaqonda gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və yük vaqonlardan boşaldılaraq MMC-nin anbarına aparılmışdır. Bundan sonra *7.11.2*23-cü il tarixli *1231***45573* nömrəli gömrük bəyannaməsində göstərilən “ərzaq buğdası” yükü anbarda eyniləşdirilmiş və bu zaman müəyyən edilmişdir ki, yük toxunulmadan və istifadə edilmədən anbarda saxlanılır. Bununla da MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddəsi ilə 14.11.2*23-cü il tarixdə, **9**-**165/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 öz izahatında, MMC tərəfindən idxal olunan 2 vaqonda “ərzaq buğdası” yükünün plombunu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qırıb boşaldıb anbara aparılmasının səbəbinin yanlıqşlıqla vaqonları səhv salıb bilməyərəkdən etdiklərini bildirmiş və bununla da gömrük qaydalarının pozulduğunu etiraf edərək, MMC adından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Beləliklə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan yaşıl dəhliz istifadəçisi olan "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq gömrük orqanının iştirakı olmadan 2 (iki) vaqonun plombunu qıraraq yükü özbaşına boşaldıb anbarına aparmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmiş, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 492.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, "xxxx" MMC İXM-in 492.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “yükə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yaşıl dəhliz istifadəçisi olan "xxxx" MMC-nin (VÖEN 23***83591) ünvanına Rusiya Federasiyasından Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan bir lokomotivlə 95727822, 95725867 nömrəli vaqonlarda keçməklə təyinatı üzrə Gəncə dəmir yol stansiyasına gələn “3-cü sinif ərzaqlıq buğda” yükü Gəncə Gömrük İdarəsində rəsmiləşdirilməsi üçün *7.11.2*23-cü il tarixli *1231***45573* sorğu nömrəli bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Yaşıl dəhliz istifadəçisi olmasına baxmayaraq *1231***45573* sorğu nömrəli bəyannamə ilə bəyan olunan mallar gömrük orqanı tərəfindən risk qrupuna salınmış və bəyannaməyə buraxılış verilmədikdən öncə yükə baxış keçirilməsi üçün Gəncə şəhəri, N.Nərimanov 1-ci döngədə yerləşən anbarına gedilmiş və bu zaman məlum olmuşdur ki, "xxxx" MMC gömrük əməkdaşının iştirakı olmadan yuxarıda qeyd olunan hər iki vaqona vurulan gömrük təminatı vasitəsi olan plombları özbaşına qoparmış, vaqonlardakı yükləri boşaldaraq taxıl anbarına yığılmış və istifadə olunmadan anbarda saxlanılmışdır. İş materiallarında olan *7.11.2*23-cü il tarixli, *1231***45573* nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından 95727822, 95725867 nömrəli vaqonlar vasitəsilə “Yalama” gömrük postundan keçməklə gələn “3-cü sinif ərzaqlıq buğda” yükü Gəncə Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan 2* noyabr 2*23-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 MMC tərəfindən idxal olunan 2 vaqonda “ərzaq buğdası” yükünün plombunu gömrük əməkdaşının iştirakı olmadan özbaşına qırıb boşaldıb anbara aparılmasının səbəbinin yanlıqşlıqla vaqonları səhv salıb bilməyərəkdən etdiklərini bildirmiş və bununla da gömrük qaydalarının pozulduğunu etiraf edərək, MMC adından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də "xxxx" MMC İXM-in 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 492.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115, 128-13*-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 23***83591, hüquqi şəxsin ünvanı ünvan 3lar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 492.1-ci maddəsinin sanksiyası həddində 1*** (min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3270/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3270/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver