Məhkəmə qərarları › İş №3(125)-3273/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3273/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3273/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Tofiq oğlunun katibliyi, icra məmuru X4, tələbkar hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-599/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1099.40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-2528/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6751.02 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-646/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4334,88 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə Şəxs icra sənədi üzrə 12185,30 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinı yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolu müdafiə edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında maddi vəziyyətinin çox ağır olduğunu bildirərək borcun ödənilməsi üçün ona yenidən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X6 çıxışında borclu Şəxs indiyədək heç bir ödəniş etmədiyindən inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 11 sentyabr 2024-cü il tarixli MN №2087532 nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-599/2024 saylı xx.xx.2024-cü il tarixli, 2(125)- 646/2024 saylı xx.xx.2024-cü il tarixli, 2(125)-646/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqələrinə əsasən tələb Şəxs tərəfindən icra edilmir. - Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-2528/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ilə "xxxx" ASC arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 5150***-*******01L saylı kredit limit müqaviləsi ləğv edilməsi, "xxxx" ASC ilə Şəxs arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 5150***-*******01L saylı kredit müqaviləsi üzrə cavabdeh Şəxs 6000 manat əsas borc, 620,43 manat faiz borcu və 44,12 manat dəbbə pulu olmaqla, cəmi 6664,55 (altı min altı yüz altmı dörd manat, əlli beş qəpik) pul və dövlət rüsumunun əvəzi qismində 86,65 manat (səksən altı manat, altmış beş qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - 23 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə "xxxx" ASC-nin xeyrinə 6751.02 manat pul vəsaitinin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxsba 10 gün vaxt verilmişdir. - xx.xx.2023-cü il tarixli № 1-347399 saylı "xxxx" ASC-nin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı məktubdan məlum olur ki, Borclunun müəyyən gəlirləri mövcuddur və hal-hazırda borc məbləği 6664,55 (altı min altı yüz altmı dörd manat, əlli beş qəpik) manat çəbləğində kredit borcu və 86,65 manat (səksən altı manat, altmış beş qəpik) manat rüsum təşkil edir. - 11 avqust 2023-cü il tarixdə icra idarəsində verdiyi izahatda Şəxs borcunu tam şəkildə ödəməyə imkanının olmadığını və borcunu ayda 300 manat olmaqla az-az ödəyə biləcəyini bildirmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-599/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1067 (bir min altmış yeddi) manat pul və 32,40 (otuz iki manat 40 qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-646/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə cavabdeh Şəxs 3886,99 (üç min səkkiz yüz səksən altı manat doxsan doqquz qəpik) AZN məbləğində əsasə kredit borcu, 385.17 (üç yüz səksən beş manat on yeddi qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 4276,16 (dörd min iki yüz yetmiş iki manat on altı qəpik) AZN borc pul və məhkəmə xərci qismində 67,72 (altmış iki manat yetmiş iki qəpik) AZN dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - 01 may 2024-cü il tarixli “bir neçə icra sənədinin bir icraata birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-599/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)- 2528/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqisi və Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-646/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. - 01 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə X1 xeyrinə 1099,40 manat pul vəsaitinin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxsba 10 gün vaxt verilmişdir. - 11 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə "xxxx" ASC-nin xeyrinə 4334.88 manat pul vəsaitinin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxsba 10 gün vaxt verilmişdir. - 20 iyun 2024-cü il tarixdə icra idarəsində verdiyi izahatda Şəxs borcunu tam şəkildə ödəməyə imkanının olmadığını və borcunu ayda 200 manat olmaqla az-az ödəyə biləcəyini bildirmişdir. - 20 iyun 2024-cü il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - 07 avqust 2024-cü il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan məlum olur ki, borclu Şəxs ünvan 2 ünvanında yaşamaması müəyyən edilmişdir. - 11 sentyabr 2024-cü il tarixdə icra idarəsində verdiyi izahatda Şəxs borcunu tam şəkildə ödəməyə imkanının olmadığını və borcunu az-az ödəyə biləcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxslərin izahataları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar