Məhkəmə qərarları › İş №3(125)-328/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-328/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-328/2022 22.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci laddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər X8 Şöbəsinin polis mayoru X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Fiat Doblo” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş 23 iyul 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərar Gəncə şəhər prokurorunun 04 avqust 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda işə mahiyyəti üzrə baxılması zərurəti aradan qaxdığı üçün iş materiallarının geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 23 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onların barəsində cinayət işinin başlanmasının rədd edilməsi və sürücü Şəxs, X5 Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunmaqla əlavə araşdırmanın aparılması” haqqında qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməsi və material üzrə əlavə araşdırma aparılması Gəncə şəhər BPİ-nin İTİ-nin Təhqiqat şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, Gəncə şəhər BPİ-nin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar Gəncə şəhər prokuroru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ilə ləğv edildiyindən və əlavə araşdırılma aparıldığından hal-hazırda inzibati xəta haqqında iş materiallarına baxılması üçün məhkəməyə predmet qalmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsi X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar