Məhkəmə qərarları › İş №3(125)-3287/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3287/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3287/2025 28.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, Xurşudov Nadir Xurşud oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs -Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə Şəxs keçmiş qudası Zərərçəkmiş şəxs məxsus evi yandırmaq istəmiş və ona 1000 (min) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs -Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsinin sahə rəisi X3 protokolun məzmununa uyğun çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qudasıdır. O, xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etmiş və keçmiş qudası Zərərçəkmiş şəxs hərəkətləri yadına düşmüş və bundan əsəbləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs evinə gedərək onun evini yandırmaq istəmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərər 1000 manat məbləğində müəyyən edilmişdir və hazırda maddi imkanı olmadığı üçün zərərdən ödəniş edə bilmir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdiklərini nəzərə alıb onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək bildirdi ki, 2020-ci ildə oğlu KZərərçəkmiş şəxs və Brilyant Haqverdiyeva rəsmi olaraq ailə qurmuşlar. 2024-cü ildə ailəvi problemlər olduğundan boşanmışlar. Qızın atası Şəxs ilə araları yaxşı olmuş, lakin övladları boşandıqdan sonra münasibətləri korlanmışdır. Şahinin qardaşı Elşən övladlarını barışdırmaq istəyirdi, lakin heç bir nəticə əldə olunmadı. Şəxs spirtli içki alüdəçisidir. İçəndən sonra özündə olmur. xx.xx.2025-ci il tarixdə spirtli içkinin təsirində onun yaşadığı ünvana ona məxsus olan “Chevrolet Cobalt” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək, əlinə benzin alaraq yaşadığı ünvanın giriş hissəsini, evin fasadını sonra oğlu Kamilin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin fasadına tökmüşdür. Kamilin evinin fasad hissəsinə benzin tökdükdən sonra kibrit ilə yandırmışdır. Təpik zərbələri ilə yaşadığı ünvanın giriş qapısına vurmuş və onu çağırmışdır. Qonşusu Aidə xanım arvadı Təranəyə zəng edərək evin yandığını bildirmişdir. O, oğlu Kənan və arvadı Təranə çölə çıxmışlar. Kənan su gətirərək söndürmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısının xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus evin müəyyən hissəsini yandırmaqla ona 1000 manat məbləğində maddi ziyan vurulmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 4-cü PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/A08-178 nömrəli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus evə 1000 (min) manat maddi zərər dəymişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasına əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar