Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3298/2025 29.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və müdafiəçisi X7 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 29 avqust 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, X5 xx.xx.2025-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, o, hadisəni bilavasitə görməmiş, raport əsasında protokol tərtib etmişdir. X1 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 bildirdi ki, Gəncə şəhərində yerləşən Avtovağzal ərazisində dayanma-durma qaydalarını pozduğuna görə inzibati qaydada cərimə olunmuşdur. Orda olan zaman o, görmüşdür ki, onun avtomobilinin şəklini yol polis əməkdaşları deyil post-patrul xidmətinin əməkdaşları tərəfindən çəkilmişdir. Bu səbəbdəndə sabahsı günü yəni 28 avqust 2025-ci il tarixdə məsələni aydınlaşdırmaq üçün ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq, səlahiyyətləri olmadığı halda nəyə görə onun avtomobilinin şəklini çəkmələrinin səbəbini soruşmuş və bundan sonra polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. O, polis əməkdaşlarının şəklini çəkmiş və aralarında mübahisə yaranmışdır. Hazırda törədiyi əməldən peşmandır, himayəsində xəstə uşağı var və qeyd edilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi X11 barəsində icraat aparılan şəxsin törədiyi əməldən peşman olmasını və himayəsində xəstə uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis serjantı X6 izahatında bildirdi ki, o, əməkdaş E.Sarıyev ilə xidmətdə olan zaman adı sonradan onlara məlum olan X5 onlara yaxınlaşaraq, nəyə görə mənim avtomobilinin şəklini çəkmisiz dəyərək, onlara mübahisə etməyə başlamış, onlara sizin şəklinizi çəkmişəm, sizi işdən qovduracam demişdir. Onlar vətəndaşı nizam-intizama dəvət etmiş, ona avtomobilinin şəklini onların çəkmədiyini bildirimişlər. Daha sonra məsələni polis bölməsində aydınlaşdırmağ məqsədi ilə onu polis avtomobilinə dəvət etmişlər, lakin həmin vaxtı Şəxs onlara tabesizlik göstərərək nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis serjantı X4 şahid X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş 28 avqust 2025-ci il tarixli “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, X5 həmin tarixdə saat 22:01 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Avtovağzal ərazisində ucadan səs-küy salaraq ictimai qaydanı pozması sübut olunmamışdır. Belə ki, Şəxs tərtib olunmuş protokolda onun xırda xuliqanılq əməlinin törətməsi göstərilsə də, bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda heç bir mötəbər sübuta əsaslanmadan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu səbdəndə məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Lakin, məhkəmə araşdırılması zamanı Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməsi sübut olunmuşdur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş video görüntülərdən və şahid ifadələrindən təsdiq olunur ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin video görünütülərdən görünür ki, Şəxs onu polis bölməsinə dəvət edən polis əməkdaşlarının tələblərinə tabe olmayaraq, polis əməkdaşlarına müqavimət göstərmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 himayəsində xəstə övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmalıdır. Həmçinin, X3 məhkəmədə 4 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 44 (qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. X3 dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçi X7 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına qırx dörd (qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3298/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3298/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver