Məhkəmə qərarları › İş №3(125)-3309/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3309/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3309/2024 13.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Sverdlovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 13 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.1997-ci il təvəllüdlü, orta təhsilli, subay, məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan ünvan 2otarat kontorunun 8İ-2897 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə borclu Şəxs cəmi 639.69 manat pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi, ünvan 2otarat kontorunun 8İ-1452 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə borclu Şəxs cəmi 11048.02 manat pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi və Gəncə şəhəri 2 saylı Notarat kontorunun 8İ-496 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 11048.02 manat pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu sonuncu izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Hal-hazırda icra səndləri üzrə ümumilikdə heç bir ödəniş etməmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs oğlu İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun ödəniş etməyə maddi imkanı yoxdur, vaxt verilsə, iş tapıb ödəniş edə bilər. Şəxs, barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasının onun üçün əlavə maddi yük yaradacağını və barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə edilmiş ünvan 2otarat kontorunun 8İ-1452 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, BPM**********91(120İBAL2********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11022 manat 99 qəpik pulun tutulması; Şəxs 0 manat 03 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 11048 manat 02 qəpik pulun tutulması qərara alınmışdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. İş materiallarına əlavə edilmiş ünvan 2otarat kontorunun 8İ-2897 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, BPM**********78 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 614 manat 69 qəpik pulun tutulması; Bundan əlavə Şəxsndən tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 639 manat 69 qəpik pulun tutulsı qərara alınmışdır. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 2 saylı Notarat kontorunun 8İ-496 saylı, xx.xx.2024-cü il tarixli il tarixli icra vərəqəsinin surətindən görünür ki, ********* nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il müddət üçün vaxtında ödənilməmiş 66 manat 79 qəpik tutulması; Bundan əlavə Şəxsndən tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 91 manat 79 qəpik qərara alınmışdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli “icraata başlamaq” haqqında qərarların, xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tatixli “tələbin könüllü icrası” haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs oğluna ünvan 2otarat kontorunun 8İ-2897 saylı, xx.xx.2023-cü il tarixli, ünvan 2otarat kontorunun 8İ-1452 saylı, xx.xx.2024-cü il tarixli və Gəncə şəhəri 2 saylı Notarat kontorunun 8İ-496 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Borclunun məcburi gətirilməsi haqqında” qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə işdə iştirak edən şəxsləri dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü 08 gün müddətində seçilməli və həbsin əvvəli xx.xx.2024-ci il saat 15:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-ci il saat 15:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar