Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-331/2022 17.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əhmədova Leyla Nizami qızının katibliyi ilə, Şəxs nümayəndəsi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: QƏBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 iyul 2021-ci il tarixli, 11000-2110/22 saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Goranboy rayonu Goranboy şəhəri E.Namazoğlu ev 5-də yerləşən Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 61K11205/61AAY083 nömrəli nəqliyyat vasitəsində “Qırmızı Körpü” gömrük postundan təyinatı üzrə rəsmləşdirilməsi üçün Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “Traktora asılan diskili dırmıxlar, təsviyyə kürəkləri, gübrələmə torpaq işləri maşını, kultivator və sair kənd təsərrüfatı avadanlıq və hissələri” yükünə dair **********5174 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. **********174 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə şəhəri QƏBGİ-də aşkar olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 61K11205/61AAYO83 nömrəli nəqliyyat vasitəsində daxil olmuş yükə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir.Bununla cəmiyyət tərəfindən, İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X4 izahat verərək, MMC-nin adına gələn yüklər barəsində əvvəlcədən mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsinin verilməməsinin səbəbi sürücünün türk vətəndaşı olduğu, o, 10 günə keçməli oluğu yeri bir günə keçmiş nəticədə malların ölkəyə daxil olma vaxtı dəqiq bilinmədiyi üçün və nəqliyyat vasitəsinin sərhəddə gözləmədən ölkəyə daxil olması ilə əlaqədar olmuşdur. Sonda o, qanunvericlikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Gömrük Əməliyyat İdarəsinin rəisi Oqtay Məsmalıyevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki,Şəxs MMC (VÖEN **********) ünvanına 61K11205/61AAY083 nömrəli avtomaşında daxil olan yük üçün xx.xx.2022-ci il tarixində **********5174 saylı gömrük bəyannaməsi tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru X2 tərəfindən müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il [tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. - xx.xx.2022-ci il tarixli, **********5174 nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına 61K11205/61AAYO83 nömrəli nəqliyyat vasitəsində daxil olmuş Türkiyə Respublikasından 61K11205/61AAY083 nömrəli nəqliyyat vasitəsində “Qırmızı Körpü” gömrük postundan təyinatı üzrə rəsmləşdirilməsi üçün Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “Traktora asılan diskili dırmıxlar, təsviyyə kürəkləri, gübrələmə torpaq işləri maşını, kultivator və sair kənd təsərrüfatı avadanlıq və hissələri” yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına 61K11205/61AAYO83 nömrəli nəqliyyat vasitəsində daxil olmuş yükə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs "xxxx" MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-331/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-331/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver