Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3314/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Qərardan şikayət verən orqan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi (hüquqşünas) Nümayəndə İsrafil oğlunun, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovun şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X13 Xidmətinin X4 rəisi X7 MN №0023558 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1700(min yeddi yüz) manat miqdarında cərimə olunmuş, o, hesab edir ki, qəbul olunmuş qərar əsassızdır, ədalətsizdir və qanunun tələblərinə uyğun olmayan qaydada qəbul edilmişdir. Ərizədə göstərilmişdir ki, Gəncə şəhər MKTİB-nin işçilərinin təqaüd yaşına çatması ilə əlaqədar olaraq Birliyin bütün sahə və şöbə rəislərinə onların tabeliyində işləyən 65 və ondan yuxarı yaş həddində olan işçilərlə bağlı əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq onlarla bağlanmış əmək müqaviləsinə xx.xx.2024 tarixində xitam veriləcəyi ilə bağlı xx.xx.2024 tarixində 120 saylı əmrlə xəbərdarlıq edilmişdir. Birliyin 9 saylı Xidmət sahəsinin ödənişlər üzrə nəzarətçisi X8 xəbərdarlıq edilməsinə baxmayaraq xx.xx.2024 tarixində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə ******* saylı vərəqə açdırmış və bu barədə Birliyin rəhbərliyinə heç bir məlumat verməmişdir. Həmin vərəqədə bəzi qeydlər onlarda şübhə doğurmuşdur. xx.xx.2024 tarixində 134 saylı əmrlə İsgəndərov Hamlet Eyvaz oğlu ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq xitam verilmişdir. Əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surəti X6 təqdim edilmişdir. Eyni zamanda işçi ilə son haqq-hesab hesablanaraq işçinin əmək haqqı kartına müvafiq məbləğ ödənilmişdir. Buna baxmayaraq X8 xx.xx.2024 tarixində, yəni onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən 20 gün keçdikdən sonra Gəncə şəhər MKTİB-ə gələrək xəstə olması barədə məlumat vermişdir. X5 şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti, Gəncə-Daşkəsən regional şöbəsi xx.xx.2024 tarixli MN0023558 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Ənalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi xx.xx.2024 tarixli MN0023558 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı Gəncə şəhər MKTİB-nə xx.xx.2024 tarixində daxil olub xx.xx.2024 tarixində qeydiyyatdan keçmişdir. Məhkəməyə həmin qərardan şikayət ərizəsi ilə müraciət edərək işin hallarının ətraflı araşdırılmasının, X5 xx.xx.2024 tarixində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə ******* saylı açdırdığı vərəqənin qanuni olub-olmamasının yoxlanılmasının təmin edilməsini xahiş etmişdir. Ərizədə göstərilən xüsusatları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X4 xx.xx.2024 tarixli MN0023558 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında qərardan şikayət verən orqan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi (hüquqşünas) Nümayəndə İsrafil oğlunun bildirmişdir ki, 22 aprel 2024-cü il tarixli 120 nömrəli əmr verilmişdir. 120 nömrəli əmrdə bütün sahə rəislərinə xəbərdarlıq olunmuşdur ki, 65 və 65 yaşdan yuxarı şəxslərlə bağlanmış əmək müqavilələrinə 01 may 2024-cü il tarixdə xitam veriləcəkdir. 150 nəfər bu əmrə əsasən işdən azad olunmuşdur. Onlar iclas təşkil edib həmin şəxslərə bu əmrlə bağlı məlumat vermişlər. X5 Əmək müqaviləsinə 01 may 2024-cü il tarixdə xitam verilmişdir. İsgəndərov Hamlet işlədiyi müəssisəyə bildirmədən əmək qabiliyyətini itirməyə görə bülletenə çıxmış, 22 mayda işə gələrək xəstəlik vərəqəsinin işlədiyi müəssisəyə təqdim etmişdir. Onun xəstəlik vərəqəsinin müddəti 12 maya qədər olsada o, 22 mayda gətirib iş yerinə təqdim etmişdir. 03 may 2024-cü il tarixdə son haqq-hesab onun kartına ödənilmişdir. O, işə çıxdığı zaman ona bir ay işləmək təklif olunmuş, lakin o, artıq özünə başqa iş yeri tapdığını bildirmişdir. O, sonda şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX Gəncə- Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X14 şikayətin rədd edilməsini xahiş edərək bildirmişdir ki, X5 müraciəti əsasında şöbədə araşdırılma aparılmışdır. Araşdırma zamanı X5 xx.xx.2024-cü il tarixdə işdən azad olunmasına baxmayaraq son haqq-hesabın sonuncuya xx.xx.2024-cü il tarixdə ödənildiyi müəyyən olunmuşdur. Aşkar olunmuş inzibati xəta ilə bağlı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin barəsində inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati qərar qəbul edilmişdir. X2 haqq-hesab düzgün ödənilməmişdir, hər bir halda işdən azad edilən işçiyə düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməli idi. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1700(min yedi yüz) manat cərimə edilmişdir. -Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinin 120 nömrəli əmrinən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışmanın yaş həddinə (65 yaş) çatan və ondan yuxarı yaş həddində olan işçilərlə bağlanmış əmək müqaviləsinin 01 may 2024-cü il tarixdən ləğv edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinin 132 nömrəli əmrinən görünür ki, Birliyin Təmizlik və Xitam Sahələri şöbəsinin 9 №-li Xidmət Sahəsinə təhkim edilmiş ödənişlər üzrə nəzarətçisi ilə xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi və istifadə etmədiyi 26.11 məzuniyyət gününə son haqq-hesab ödənilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli Azər-Türk Bankın ödəniş çekindən görünür ki, X1 804 manat ödənilmişdir. - xx.xx.2024-cü il tarixli X18 filialının kütləvi ödənişin təsdiqi və son haqq-hesabın hesablanması cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdə X3 haqq-hesab olaraq 372.80 manat məbləğ hesablanmışdır. - Əmək qabiliyyətinin olmaması Vərəqəsindən görünür ki, X8 30 aprel 2024-cü il tarixdən əmək qabiliyyətinin olmaması ilə bağlı məzuniyyətdə olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını, inzibati xəta haqqında araşdırma materiallarını tədqiq edərək bu nəticəyə gəlmişdir ki, şikayətçi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsasında Əmək Məcəlləsinin iki müddəasının pozulması dayanır: əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin barəsində əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verildiyi gün son haqq-hesabın edilməməsi. Əmək qabiliyyətinin olmaması Vərəqəsindən göründüyü kimi X8 30 aprel 2024-cü il tarixdən əmək qabiliyyətinin olmaması ilə bağlı məzuniyyətdə olmasına baxmayaraq onunla əmək müqaviləsinə 01 may tarixindən xitam verilmiş, ödəniş qəbzlərinin tədqiqi zamanı isə onunla son haqq-hesabın 03 may 2024-cü il tarixdə edilməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış ƏƏSMN yanında DƏMX Gəncə regional şöbəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı və 192.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Nurəhməd Əhmədov barəsində haqlı olaraq inzibati protokol tərtib edilərək qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Nurəhməd Əhmədovun şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3314/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3314/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver