Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3320/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 şəhər Baş X6 İdarəsinin xx.xx.2023cü il tarixli EQ 17925679 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın P ********* nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Bununla yanaşı qərarın əlavəsinə əlavə edilmiş foto şəkildə də inzibati xətanın törədildiyi tarix və saat əks olunmamışdır. X3 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Baş X6i İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə inzibati tənbeh vermə haqqında Qərara məhkəmə iclasında baxış keçirərkən müəyyən etmişdir ki, inzibati tənbehvermə haqqında qərar prosessual qanunvericiliyin bütün tələblərinə riayət edilməklə tərtib edilmiş, özündə inzibati xəta hadisəsinin baş verdiyi yeri, vaxtı və digər məlumatları tam şəkildə əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə, X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, “AsanPay” ödəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, inzibati tənbehvermə haqqında Qərar üzrə təyin edilmiş cərimə artıq ödənilmişdir. Belə olan halda, şikayətin təmin edilməsinə əsas olan hüquqi zərurət aradan qalxmışdır. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Rəisi polis polkovnik leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ 17925679 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3320/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3320/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver