Məhkəmə qərarları › İş №3(125)-3321/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3321/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3321/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Daşkəsən rayonu, Dəstəfur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daşkəsən rayonu, Dəstəfur kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 31 avqust 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, 2025-ci ilin iyun ayının əvvəlində Şəmkir rayonu, Seyfəli kəndində yaşayan X5 qapı satması adı ilə 200 manat pulunu alaraq vədinə əməl etməyib ona qarşı dələduzluq etmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2025-ci ilin iyun ayının əvvəlində X1 Namiq İntiqam oğlundan qapı almaq istəmiş, bununla bağlı Şəxs 200 manat məbləğində pul vermişdir. Lakin Şəxs 200 manat pulunu alaraq, vədinə əməl etməyərək qapını hazırlamamışdır. Və bu səbəbdən X3 şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə müraciət etmişdir. 31 avqust 2025-ci il tarixində Şəxs tutularaq şöbəyə gətirilmiş və onun barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, əvvələr qapı dükanında çalışmışdır. X8 işlədiyi dükana gəlmiş və 200 manat ödəniş etmişdir. O, həmin məbləği əvvələr işlədiyi şirkətə ödəmişdir və bu səbəbdən X6 aldığı pulu qaytara bilməmişdir. O, həmin pulu işləyib qaytarmağı düşünürdü. Məhkəmə iclası zamanı Şəxs ona verilən sualına cavab olaraq bildirmişdir ki, o, X5 onun haqda polis şöbəsinə müraciət etməsini polis şöbəsinə gətirildikdən sonra bilmişdir. Sonda o, barəsində həbs seçilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, o, Şəxslə 3 qapını 1400 manata danışmış və Şəxs 200 manat beh vermişdir. Lakin bir müddət keçdikdən sonra, qapılar söz verilən vaxta gətirilməmişdir. O, dəfələrlə Şəxs zəng etsə də, Namiq əvvələr söz verib gətirəcəyini bildirsə də, sonra zənglərinə cavab verməmişdir. Və bu səbəbdən o, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, barışmışlar. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar