Məhkəmə qərarları › İş №3(125)-3323/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3323/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3323/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Ş.Rustaveli küçəsi, ev 69-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 31 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində Gəncə şəhəri, N.Nərimanov prospekti ilə B.Əliyev küçəsinin kəsişməsinin yaxınlığında Şəxs ilə X1 arasında şəxsi münasibətlər zəminində mübahisə olmuşdur. Yaranmış mübahisə zamanı Şəxs X2 qəsdən dərəcələri təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. Beləliklə də, Səfərov X7 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında göstərdi ki, şəxsin bildirməsinə əsasən Şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində meyvə dükanından meyvə alarkən X4 ilə aralarında mübahisə yaranmışdır. Valeh meyvə aldığı zaman 20 qəpik pulu çatmamış və meyvəni qaytararaq pulunu geri istəmişdir. Ceyhun Valehin pulunu geri qaytamış, daha sonra onunla dalaşmışdır. Valeh getmək istədiyi zaman ona yumruq zərbələri endirmişdir. Valeh də özünü müdafiə etmək üçün ona yumruq zərbələri endirmiş, lakin onun zərbələri ona tam olaraq dəyməmişdir. Daha sonra Valehin kürəkəni gələrək onları aralamışdır. Valehin yaşı və əlilliyinin nəzərə alınraq protokolun təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hadisə zamanı o, rayondan gələrək qızıgilə gedirdi. Bu zaman meyvə dükanından meyvə almaq istəmişdir. Dükana girərək qarpız və yemiş almaq istəmişdir, lakin 20 qəpik pulu çatmamış və bu səbəbdən meyvələri qaytarmış və pulunu geri istəmişdir. X6 pulu qaytardığı zaman ona nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Ceyhun onu vurmuş, o, yerə yıxılmış və telefonu əlindən düşərək qırılmışdır. Daha sonra onun kürəkəni və Ceyhunun anası oraya gəlmişdir. Hadisə zamanı Ceyhun içkili idi, O, Ceyhunu vurmamışdır. O, İİ qrup əlildir. Sonda məhkəmədən barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, hadisə zamanı Şəxs onun dükanına gəlmiş və yemiş almaq istəmişdir. Yemişin qiyməti 2 manat 30 qəpik etmişdir. Valeh 2 manat verəcəyini bildirmiş və o, Valehlə razılaşmışdır. Daha sonra Valeh qarpızda almaq istəmişdir. Qarpızın qiyməti 4 manat 40 qəpik etmişdir. Ümumilikdə qarpız və yemişin qiyməti 6 manat 40 qəpik etmişdir. Valeh isə 6 manat verəcəyini bildirmiş o, isə razı olmamışdır. O, Valehdən pulun tam şəkildə verilməsini xahiş etmişdir. Daha sonra Valeh pulu götürərək onun üzərinə tullamışdır. O, əsəbləşərək Valehi içəridən qovmuşdur. Valeh içəridən çıxdığı zaman ayağı qapının ağzında olan qarpızlara dəymiş və o, yerə yıxılmışdır. Valeh çölə çıxdığı zaman taxta parçası götürərək onu vurmuşdur. Onlar barışmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid X9 bildirmişdir ki, o, Şəxs kürəkənidir. Hadisə zamanı Şəxs ona zəng edərək qarpız və yemiş alacağını və onun köməyinə eytiyacı olacağını bildirmişdir. O, Şəxs yanına getdiyi zaman Valehin yerə yıxıldığını görmüş və onun gözü qanayırdı. Hadisə yerində olan şəxslər ona Ceyhunun içkili olduğunu və Valehi ordan aparmasını bildirmişlər. Ceyhun Valehə qarşı nalayiq ifadələr işlədirdi. Hətta Ceyhunun anası oğlunun içkili olduğunu bildirmişdir. Şəxs özü polisə zəng etmişdir. Hadisə 23 iyul 2025-ci il tarixdə baş vermişdir. Ceyhun hətta polis əməkdaşlarına qarşı da nalayiq ifadələr işlədirdi. Ceyhunun qohumları ona dəfələrlə zəng edərək Valehin şikayətini geri götürməsini xahiş etmişlər. O, hadisə zamanı heç kimin əlində taxta parçası görməmişdir. İş materiallarında olan: -“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin İTB-yə göndərilmişdir. -750 nömrəli 23 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, vət. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyun nahiyəsinin sıyrığı, sağ said nahiyəsinin qançırı - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurulmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. -747 nömrəli 23 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, vət. Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ gözaltı nahiyənin qançırı - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurumayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 31 avqust 2025-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. -Elektron çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXMnin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, İİ qrup əlil olmasını və məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar