Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3325/2025 11.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Allahverdi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30088134 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30088134 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 (altı yüz) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində etibarnamə əsasında MAN TGX 18 480 YÜK markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar rayonu Ucar şəhəri Bakı istiqamətində yüklə (Kaolin Gili) dolu hərəkətdə olarkən SMS Radar vasitəsi ilə telefona Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi avtomobildə olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün (Kaolin Gili) çəkisi də xx.xx.2025-ci il tarixində guya 42580 kq olduğu qeyd edilərək DİNnin Baş X8 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ30088134 saylı elektron qərar qəbul edilmişdir. MAN TGX 18 480 YÜK markalı 90OE512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 5 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə ümumilikdə 40000 kq çəkiyə qədər yük vurula bilər. (8000x5=40000+5%).(2000 kq). İcazə verilən kütlə 42000 kq-dır. MAN TGX 18 480 YÜK markalı 90OE512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində brutto 40020 kq, tara 14960 kq, netto 25060 kq olmuşdur, (tərəzi qəbzi təqdim olunur). MAN TGX 18 480 YÜK markalı 90OE512 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixli EQ30088134 saylı elektron qərara görə guya 42580 kq (Kaolin Gili) yükləndiyi bildirilmişdir. DİN-nin Baş X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ 30088134 saylı elektron qərar qəbul edilərək 600 manat cərimə növü tətbiq edilmişdir. Bu cəriməni qanunsuz və əsassız hesab edir. DİNnin Baş X8 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə bağlı tərtib etdiyi xx.xx.2025-ci il tarixli EQ 30088134 saylı elektron qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Ucar rayonu, Ucar şəhəri Bakı istiqamətində yüklə dolu hərəkətdə olarkən 600 manat cərimə olunmuşdur. O, hesab edir ki haqsız yerə 600 manat cərimə olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, tək o yox, hər bir şəxs bu haqsızlıqla qarşılaşmışdır. O, Gəncə şəhərindən Bakı şəhərinə yük aparsa da, 1 ton 15 manat olur 1-2 ton əlavə edilirsə 30 manata hesablanır. Yəni hesab edir ki, 30 manat məbləğin qarşısında 600 manat məbləği heç kəs gözünə almır. Onun yük markalı avtomobili 25 ton götürür, cərimə olunma səbəbindən ondan artıq yükləmir. Yaxud 1 ton əlavə yükləyərsə 15 manat artıq alır, lakin hesab edir ki, 600 manat cərimənin riskinə girməz. Sonda o, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - xx.xx.2025-ci il tarixli EQ 30088134 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni yolayrıcını keçmə qaydalarının pozulmasına görə, onun barəsində 600 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, MAN TGX 18 480 YÜK markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, fotoşəkildən görünür ki, nəqliyyat vasitəsinin icazə verilən yükdaşıma limiti 40 000 kg olduğu halda, texniki nəzarət vasitəsində görünən çəki isə 42 580 kg təşkil etmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2025 ci il tarixli tərəzi qəbzindən görünür ki, nəqliyyat vasitəsində olan yükün (Kaolin Gili) brutto kilosu 40020-dir, tara kilosu 14960dır, netto kilosu 25060-dır. - İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, mülkiyətçi X5 MAN TGX 18 480 YÜK markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 notarial qaydada etibar etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görəfiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında təqdim olunan fotoşəkildən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30088134 nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30088134 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3325/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3325/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver