Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-333/2022 11.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Belarusiya Respublikasından Aİ20646/A7641A6 qeydiyyat nömrəli nəqliyyat vasitəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “Kənd təsərrüfatı təyinatlı Yeni Belarus 1221.2 markalı Traktorlar” yükü **********6210 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə şəhərində Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində Gəncə şəhərində aşkar olunmuşdur ki, Şəxs ünvanına Aİ20646/A7641A6 qeydiyyat nömrəli nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda Şəxs tərəfindən bu qayda təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Beləliklə, Azərbaycan Respublikası ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs tərəfindən elektron qaydada qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X5 bildirdi ki, X3 təqdim edilməsi qanunvericilikdə zəruri tədbir kimi nəzərdə tutulsa da, İB tərəfindən bəyannamə tərtib edilməmişdir. Bununla da, o təmsil etdiyi İB-nin hərəkətlərində inzibati xəta tərkibinin olmasını qəbul edir. Əmələ hüquqi qiymətin verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs (VÖEN **********) ünvanına 1 (bir) avtomaşında daxil olan yük üçün xx.xx.2022-ci il tarixində **********6210 saylı GB tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları ödənişləri şöbəsinin rəis müavini X4 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq Şəxs tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. İş materiallarında olan Şəxs tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış “cərimə tətbiq olunacaq mallara dair” xx.xx.2022-ci il tarixli, 05 nömrəli öhdəlikdən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs (VÖEN **********) Belarusiyadan 1 (bir) maşında idxal olunan yük xx.xx.2022-ci il tarixdə **********6210 sorğu nömrəli gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi başa çatdırılaraq təhvil alınmışdır. Öhdəsinə götürmüşdür ki, **********6210 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən yüklərin buraxılışından sonra da X3 vaxtında təqdim etmədiyinə görə və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozduğuna görə tətbiq olunmalı cərimənin ödənilməsini təmin edəcəkdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. X3 verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X3 mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Belarusiya Respublikasından Aİ20646/A7641A6 qeydiyyat nömrəli nəqliyyat vasitəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə gələn “Kənd təsərrüfatı təyinatlı Yeni Belarus 1221.2 markalı Traktorlar” yükü **********6210 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə şəhərində Qərb Ərazi Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində Gəncə şəhərində aşkar olunmuşdur ki, Şəxs ünvanına Aİ20646/A7641A6 qeydiyyat nömrəli nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə gömrük orqanına Şəxs ümayəndəsi yazılı formada 05 saylı öhdəlik verərək Şəxs qısa idxal bəyannaməsini vermədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozduğu üçün tətbiq olunmalı cərimənin ödənilməsini təmin edəcəyini bildirmişdir. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-333/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-333/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver