Məhkəmə qərarları › İş №3(125)-3338/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3338/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3338/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1nun, səlahiyyətli orqanın nümayəndəsi X3 iştirakları ilə, Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 avqust 2025-ci il tarixdə ona məxsus olan, **- FC-*** dövlət qeydiyyat nişanlı “BMW 3301” minik markalı avtomobili ilə hərəkətdə olarkən Gəncə şəhəri DYPŞ patrul xidməti inspektoru polis seriantı X6 qanunsuz və əsasız olaraq saxlamış, avtomobildə kanstruksiya dəyişikliyi olduğunu bildirərək avtomobili cərimə meydançasına aparmış və barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib etmiş, sonra xx.xx.2025-ci il tarixdə barəsində TP ******* nömrəli qərar qəbul olunmuşdur. Qərarda göstərilmişdir ki, guya dəyişikliklər edilərək İXM-nin 342.2.2-ci maddəsi pozulmuş və 150 manat məbləğində cərimə olunmuşdur. Nəzərə çatdırır ki, “BMW 3301” minik bəzi komplektasiyaları zavod tərəfindən standart olaraq təklif olunur. Bu barədə rəsmi texniki mənbələrdən və istehsalçı spesifikasiyalarından açıq şəkildə qeyd olunmuşdur. Həmçinin: 1) Heç bir mütəxəssiz və ekspert təyin olunmadan disklərin avtomobilə uyğun olmaması əsas götürülüb qərar qəbul olunub. 2) Gəncə şəhəri DYPŞ patrul xidməti əməkdaşlarına əlavə qluşitel olmadığını bildirməyinə baxmayaraq heç bir münasibət bildirmədən laqeydliklə qərarı qəbul etmişlər. 3) Gəncə şəhəri DYPŞ patrul xidməti əməkdaşları əgər mütəxəssiz və ekspet dəvət edib avtomobilə baxış keçirməyəcəkdilərsə avtomobili hansı səbəbə cərimə duracağına yerləşdirdilər. Avtomobil eyni qluşitelə texniki baxışdan keçmiş və heç bir qanun pozuntusu olmamışdır. Gəncə şəhəri DYPŞ patrul xidməti əməkdaşı X6 onunla kobud rəftar edərək avtomobili duracağa aparmış, cərimə meydançasında ona ekspertin gələcəyini söz versələr də heç kəs gəlməmiş, daha sonra post patrul xidmətinin əməkdaşı gələrək onun ünvanına nalayiq ifadələr səsləndirmiş və Ramin Bağırovun hazırda işdə olmadığını avtomobili sabah gəlib götürə biləcəyini bildirmişlər. xx.xx.2025-ci il tarixdə o, cərimə meydançasına gedəndə avtomobili götürmək üçün ondan 800 manat pul istəmişlər, o, etiraz etdikdə, avtomobili verməyəcəklərini bildirmişlər. Daha sonra 102, 902 qaynar xəttə zəng etdiyini bildirdikdə Ramin Bağırov avtomobili qaytarmışdır. Onun tərəfindən inzibati xətanın törədilməsi ilə video görüntü ona təqdim olunmamış, bu da onu sübut edir ki, polis əməkdaşı qərəzli olaraq qanunsuz və əsassız cərimələmişdir. Odur ki, o, cərimə ilə razı deyil və onun silinməsini məhkəmədən xahiş edir. X1 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində tərtib edilmiş qərarla razı olmadığını, avtomobilinə yenidən baxış keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş X6 çıxışında bildirmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən “BMW 3301” minik markalı avtomobilin sürətlə yüksək səslə keçdiyini görmüş və onu saxlayaraq “bu nə səsdi quraşdırmısan maşına, şəhəri sənə tapşırıblar?” deyə bildirmişdir. Daha sonra maşını duracağa yerləşdirmiş və ekspert baxışı keçirildikdən sonra müəyyən edilmişdir ki, arxa səsboğucu qazanda katalizatorla səsboğucu arasındakı prokladka çıxarılmış və bu səbəbdən də avtomobil fişıltı səsi çıxardır. O, həmçinin bildirmişdir ki, X4 barəsində protokol tərtib edilərkən protokol ilə razılaşmış və protokola imza edərək “əlavə avadanlığı söktüm” qərarla razıyam qeydlərini yazmışdır. Sonda isə qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:20-də “BMW 3301” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 19:20-də “BMW 3301” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə” yol-hərəkət qaydasını pozduğu üçün İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli , 27/06 nömrəli rəydən görünür ki, “BMW” minik markalı, **- FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zavod konstruksiya lahiyələndirmə quruluşuna müdaxilə olunmuş, arxa səsboğucu qazanda katalizatorla səsboğucu arasındakı prokladka çıxarılmışdır. Bu isə dəm qazının atmosferə çıxması zamanı qaz verəndə səs dəyişikliyi yaradır, fişıltı səsi çıxardır. Müdaxilə sayılır və yolverilməzdir. Hər hansı müdaxilə avtomobilin tarazlığının, konstruktor tərəfindən hesablanmış balans kütləsinin pozulmasına səbəb olur və avtomobilin ağırlıq kütləsinin oxlar və çarxlar üzrə paylaşmasını pozur, bu isə avtomobilin mərkəzdən qaçma yükünə səbəb olur. Normativ tələblərin pozulması yolverilməzdir, istehlakçı tərəfindən nəzərdə tutulmayan konstruktiv müdaxilə, inzibati xəta tərkibi yaradır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X2 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Habelə, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilən zaman müəyyən olmuşdur ki, avtomobilinin zavod konstruksiya layihələndirmə quruluşuna müdaxilə edilərək istehsalçı tərəfindən işlənmiş qazları xaric etmək üçün bir səsboğucu qazanın təchiz edilməsinə baxmayaraq, sürücü tərəfindən nəqliyyat vasitəsinin arxa səsboğucu qazanda katalizatorla səsboğucu arasındakı prokladka çıxarılmışdır. Qeyd olunan dəyişiklik nəticəsində isə mühərrikin səs gücü qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin Vİ-cı hissəsinin 4-cü bəndinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin nasazlığı kimi qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar