Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3339/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş material üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə nəzərdə tutulan inziabti xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs məhkəməyə teleqram vuraraq barəsində tərtib edilmiş protokolu baxılması üçün yaşayış yeri üzrə Biləsuvar rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Elektron çıxarışdan görünür ki, Əlizadə X1 rayonu, Nizami küçəsi 38-də qeydiyyatdadır. Gəncə şəhər Məhkəməsinin qərardadı ilə Şəxs vəsatəti təmin edilmiş və inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti qaydalarına uyğun olaraq Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra Biləsuvar Rayon Məhkəməsinin qərardadı Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protoko və ona əlavə edilmiş sənədlər Gəncə şəhər BPİ-nin DYPŞ-yə geri qaytarmışdır. Lakin Gəncə şəhər BPİ-nin DYPŞ protokol və ona əlavə edilmiş sənədləri yenidən Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən tərtib olunmuş 17 may 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3339/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3339/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver