Məhkəmə qərarları › İş №3(125)-3345/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3345/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3345/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonun Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 24 sentyabr 2023-cü il tarixdə Şəxs qeyri-rəsmi yaşadığı X3 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, X6 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən 1 aydır ki, Gəncə şəhəri Yeni qəsəbə 2, 18-ci küçədə dəqiq bilmədiyi ünvanda X5 və onun azyaşlı qızı Gülbəniz ilə birgə kirayədə yaşayırlar. Həmçinin Gülnarə ilə birgə parniklərdə fəhlə kimi işləyirlər. xx.xx.2023-cü il tarixdə Gülnarə ilə birgə işdən gələn zaman Gülnarə qızı Gülbəniz ilə telefonda danışmış, daha sonra o telefonu istəmiş, Gülnarədə telefonu ona vermiş, o Gülbənizə gələn zaman sənə nə alım demiş. Gülbəniz isə cola, cipsi və popkorn almasını istəmişdir. O mağazada düşərək uşağın dediklərini almış evə gəlməzdən qabaq yolda spirtli içki olan pivə qəbul etmişdir. Həmin günü evdə olan zaman saat təxminən 22:30 radələrində qonşu otaqdan Gülnarənin qızına ondan cola, cipsi istədiyi üçün qışqırdığını eşitmiş o otağa gələrək Gülnarəyə uşaqı niyə danlayırsan yaxşı edib almışam demişdir. Gülnarə isə sən niyə məni övladının yanında biyabır edirsən deyən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Gülnarə onu təhqir ediyi üçün əl-ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Daha sonra Gülnarə evdən çıxaraq qışqırmış, o Gülnarəyə üzr istəyirəm qışqırma demişdir, Gülnarə isə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, onun ilk evliliyindən 2014-cü il təvəllüdlü X8 adında bir qızı var. Hal-hazırda isə Şəxs ilə nigahdan kənar qeyri-rəsmi Gəncə şəhəri Yeni qəsəbə 2, 18-ci küçədə dəqiq bilmədiyi ünvanda kirayədə yaşayırlar. Azər ilə birgə Şəmkir rayonunda parniklərdə gündəlik işdə işləyirlər. xx.xx.2023-cü il tarixdə Azər ilə birgə işdən gələn zaman qızı Gülbəniz ilə telefonda danışmış, daha sonra Azər istədiyi üçün ona vermiş, Azər qızına təklif etdiyi üçün qızıda ondan sok, şakalad istəmişdir. Azər də mağazadan almış və onlar evə gəlmişlər. Yolda Azər spirtli içki olan pivə qəbul etmişdir. Evdə olan zaman saat təxminən 22:30 radələrində o qızı Gülbənizi danlayaraq sən bir də Azərdən heç nə istəmə, nə istəsən özümə de deyən zaman Azər qonşu otaqdan gəlmiş, uşağı niyə danlayırsan, yaxşı edib almışam demişdir, o isə sən niyə məni övladımın yanında biyabır edirsən demişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Azər əl-ayaq zərbələri ilə bədəninin baş və digər nahiyələrindən vuraraq onu döymüşdür. O qışqıraraq kömək istəyən zaman Azər onu küçəyə çıxartmış, o da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2023cü il tarixdə saat təxminən 22:30 radələrində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi birgə yaşadığı Şəxs əl-ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döymüş, həmin vaxt evdə olan azyaşlı qızı Gülbəniz buna şahid olmuş, hadisə 4-5 dəqiqə davam etmişdir. Barəsində icraat aparılan şəxs barəsində sərt tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, X6 tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs qeyri-rəsmi yaşadığı X3 döymüşdür. 12 oktyabr 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər 4-cü Polis Bölməsinin göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X7 1495 nömrəli ekspert rəyinə görə X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözaltı nahiyənin qançırı-şışkinliyi, sağ said, hər iki bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsiri nəücəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər Vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. 24 sentyabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 2904/2023 nömrəli protokolulundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoş olmuşdur. 29 noyabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” Protokoldan görünür ki, Şəxs 29 noyabr 2023-cü il tarixdə saat 14:00-da radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qadına qarşı şiddətin yolverilməzliyini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar