Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3345/2024 22.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərov Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onla əsaslandırmışdır ki, Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş EQ 23554289 saylı 12 sentyabr 2024-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, guya o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərim pozmuşdur. Buna görə də 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, guya ki, o xx.xx.2024-cü il tarixdə Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 398 km məsafəsində idarə etdiyi 90L0430 dövlət nömrə nişanlı Mercedes Benz C280 MİNİK markalı avtomaşınla sürət həddini aşmışdır. Lakin o heç bir qanun pozuntusu etməmişdir. Belə ki, qeyd edilən yolda onun hərəkət istiqamətimdə nəqliyyat vasitələri üçün son sürət həddi 90 kvm/saat göstərilmişdir. Onun hərəkət sürəti də 87 km/saat olmuşdur. Bununla da heç bir pozuntu törətməmişdir. Onun əməlində heç bir hüquqazidd hərəkət və ya hərəkətsizlik olmadığından o inzibatı məsuliyyətə cəlb edilməməlidir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilən DİN BDYPİ tərfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək qeyd olunanların nəzərə alınaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ tərfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixində saat 17:15-də Mercedes Benz C280 minik markalı 90LO430 nömrəli nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət surətinin 27 km saat həddində aşmışdır. Bu səbəbdən İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. İnzibati icraat aparılan şəxsin məhkəməyə təqdim etdiyi video görüntülərdən görünür ki, videogörüntüdə müəyyən olunmuş yolda hərəkət suərti 90 km dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 DİN BDYPİ tərfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Məhkəmə iclasında X2 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, qeyd etmişdir ki, qeyd edilən ərazidə hərəkət surəti 90 km müəyyən edilmişdir və o maşını 87 km idarə etmişdir. İş materiallarına inzibati icraat aparılan şəxs tərəfindən video görüntü əlaəv edilsə də həmin görüntü ilə bu halı müəyyən etmək mümkün deyildir. İnzibati xətanın qeydə alındığı yerdə müəyyən olunmuş hərəkət surətinin müəyyən edilməsi ilə əlaqədar DİN BDYPİ-də sorğu göndərilsə də sorğuya cavab verilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, DİN BDYPİ tərfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli qərarla X1 İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş X4 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 23554289 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3345/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3345/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver