Məhkəmə qərarları › İş №3(125)-3347/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3347/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3347/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi ilə, Məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xacmaz Gömrük İdarəsindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 06 noyabr 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin və Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin iş materiallarından da görünür ki, hüquqi şəxs Şəxs MMC ünvan 1 ünvanında qeydiyyatda olmaqla o, Xaçmaz Rayonunda malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Zəngəzur 002 MMC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı Xaçmaz rayonu ərazisində törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 110, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar