Məhkəmə qərarları › İş №3(125)-3352/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3352/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3352/2025 18.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə Hüquqi şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs”55 nömrəli Yol İstismarı”” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən hüquqi şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" MMC mülkiyyətində (istifadəsində) olan Toyota Prius minik markalı olan Kamaz 65115 minik markalı ** JC *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsini ”Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə pozuntusuna yol verilmişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinə və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş mаteriаllаrındа оlаn və məhkəmə bаxışındа tədqiq edilmiş: -30 iyun 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Daxili İşlər Nazirliyinin DYP Web Portalından çıxarışdan məlum olur ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində (istifadəsində) olan Kamaz 65115 minik markalı ** JC *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. -Poçt xəbərnaməsinin surətindən məlum olur ki, Gəncə şəhər X1 Şöbəsi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə təqdim edilmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs”55 nömrəli Yol İstismarı”” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" MMC barəsində Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 123.1-123.3-cü maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikаsının İnzibаti Xətаlаr Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar